Artıq nazirliyin bir çox bərpa mərkəzlərində yüksək standartlar səviyyəsində bərpa-müalicə şəraiti yaradılıb
Tarix: 13.07.2018 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının səhiyyə, müalicə və tibbi təhsil naziri doktor Seyid Həsən Qazizadə Haşeminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və İran arasında qədim tarixə malik əlaqələrin bu gün yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir Azərbaycan Prezidenti İlham Əliyevin milli inkişaf siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını, ölkəmizdə iqtisadi inkişaf proseslərinin sosial firavanlığın təminatına yönələn siyasətə söykəndiyini diqqətə çatdırıb.
S.Babayev bildirib ki, əlilliyi olan şəxslərin sağlamlığının bərpası, onların peşə və sosial reabilitasiyası Azərbaycanda aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Hazırda nazirliyin respublikanın bütün bölgələrini əhatə edən bərpa mərkəzləri şəbəkəsi fəaliyyət göstərir. Dövlət başçısının tapşırığına əsasən, reabilitasiya sisteminin müasir tələblərə uyğun yenidən qurulması üçün mühüm addımlar atılır. Artıq nazirliyin bir çox bərpa mərkəzlərində yüksək standartlar səviyyəsində bərpa-müalicə şəraiti yaradılıb. Hazırda BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sının tələblərinə uyğun olaraq əliliyi olan şəxslərin reabilitasiyasında sosial modelin tətbiqi prinsipləri əsasında “Fərdi reabilitasiya proqramın”ın hazırlanması işləri davam etdirilir. Əsas məqsəd əlilliyi olan insanların tibbi reabilitasiyasından sosial reabilitasiyasına və daha sonra peşə reabilitasiyasına, nəticədə onların yenidən cəmiyyətə qazandırılmasına nail olmaqdır.
Nazir bu sahədə İranla əməkdaşlıq müstəvisində fəal təcrübə mübadilələrinin hər iki tərəf üçün faydalı ola biləcəyini vurğulayıb. S.Babayev, eyni zamanda, tibbi-sosial reabilitasiya sahəsində yüksək səviyyəli kadr potensialının formalaşdırılması üzrə qarşılıqlı təcrübə mübadiləsi aparılmasının önəmini diqqətə çatdırıb.
S.H.Qazizadə ölkəsi ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafının məmnunluq doğurduğunu vurğulayıb. O, İranda səhiyyənin, reabilitasiya sisteminin inkişafı sahəsində görülən işlər barədə məlumat verib. S.H.Qazizadə tibbi-sosial reabilitasiya sisteminin səmərəli təşkili, əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpası sahəsində ikitərəfli əməkdaşlığa hazır olduqlarını qeyd edib.
Görüşdə əlilliyin qarşısının alınması və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Görüşün sonunda xatirə hədiyyəsi olaraq S.H.Qazizadəyə əlilliyi olan şəxslər tərəfindən hazırlanmış əl işi hədiyyə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info