İsveçrəli jurnalist erməni işğalını ifşa edib
Tarix: 18.06.2013 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


İsveçrənin Aarau şəhərində isveçrəli jurnalist Andre Vidmerin Ermənistan-Azərbaycan münaqişəsinə həsr edilmiş "Unudulmuş münaqişə" adlı kitabının təqdimat mərasimi keçirilib. Azərbaycanın İsveçrədəki səfirliyindən verilən məlumata görə, mərasimdə İsveçrə ictimaiyyətinin, Azərbaycan səfirliyinin və bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən müəllif A.Vidmer bu kitabı 2008-ci ildən etibarən Azərbaycanın işğal altındakı ərazilərinə səfərləri, eləcə də münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş insanlarla görüşləri nəticəsində aparılmış jurnalist araşdırmasının yekunu olaraq xarakterizə edib. "Unudulmuş münaqişə" adlı kitabda isveçrəli jurnalist Ermənistan-Azərbaycan münaqişəsinin tarixçəsi, münaqişə nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın yaşadıqları qaçqın və məcburi köçkün həyatının çətinlikləri, təcavüzkar Ermənistan tərəfindən Xocalıda törədilmiş soyqırımı, işğal altındakı ərazilərimizdə törədilən vəhşiliklər, tarixi-mədəni irsimizin məhv edilməsi, işğal altındakı ərazilərimizin qeyri-qanuni məskunlaşdırılmasına tutarlı dəlillərə əsaslanaraq, ədalətli qiymət verir və oxucuya münaqişə ilə bağlı düzgün informasiya çatdırmağa çalışır. Alman və ingilis dillərində çap edilmiş kitabda işğal edilmiş Azərbaycan ərazilərində, xüsusilə Şuşa və Ağdamda ermənilər tərəfindən tarixi, mədəni və dini abidələrimizə qarşı törədilmiş vandallıq aktları ilə bağlı müəllif tərəfindən şəxsən çəkilmiş xeyli sayda fotoşəkillər də geniş şəkildə yer alır. Qeyd edək ki, isveçrəli jurnalist Andre Vidmerin bu günədək İsveçrə və Almaniyanın müxtəlif qəzetlərində Ermənistan-Azərbaycan münaqişəsinə dair xeyli sayda məqaləsi dərc olunub.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
24.05.2019
Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info