“Elm və həyat” jurnalının yeni nüsxəsi işıq üzü görüb
Tarix: 13.07.2018 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında fəaliyyət göstərən Akademiyanın elmi-populyar jurnalı olan “Elm və həyat”ın yeni nömrəsi nəşr olunub. Jurnalın yeni nömrəsində Ümummilli lider Heydər Əliyevin anadan olunmasının 95-ci ildönümü münasibəti ilə Ulu öndərimiz xatirə şəkilləri ilə dərin ehtiramla yad edilib. Həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin yenidən prezident seçilməsi münasibəti ilə təbrik məktubu, fəlsəfə üzrə fəlsəfə doktoru Radif Mustafayevin “Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi M.Ə.Rəsulzadənin milliyyətçilik və millətçilik probleminə münasibəti”, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafovun “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Hüseyn Qasımovun “Qloballaşma mühitində universitetlər”, fəlsəfə üzrə elmlər doktoru, dosent Ələddin Məlikov “Alvin Plantinqa – XX əsrin analitik epistemoloqu” və s. istiqamətdə bu kimi mövzular öz əksini tapıb. Jurnal ümumilikdə elmin təbliğ olunmasından başqa, cəmiyyətdə elmə olan marağın artırılmasından, elmin populyarlaşdırılmasından, eyni zamanda da yeni texnologiyaların və innovasiyaların nümayişi haqqında, elmin dövlət və sənaye sektorlarının nüfuzundan xəbər verir. Həmçinin, Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası, fizika, kimya, kibernetika, astronomiya və sair elm sahələrinə aid yazılar öz oxuculara təqdim etməkdədir. İllərdir ki, bir qayda olaraq Azərbaycan alimlərinin orijinal yazılarını, elmi nəticələrini təqdim etmiş və demək olar ki, elmin bütün istiqamətlərini əsas tutan “Elm və həyat” jurnalının bugünkü hədəfi Azərbaycan elminin dünya elminə inteqrasiyası və maarifçi mövqeyinin gücləndirilməsidir.
Qeyd edək ki, “Elm və həyat” jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavinləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və “Elm” qəzetinin redaktoru Zülfüqar Fərzəliyev, məsul katibi isə Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, Turan Rəhimovadır.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info