Çin nümayəndə heyəti Qaradağda
Tarix: 13.07.2018 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Rayon ərazisində yaradılacaq “Azərbaycan-Çin Sənaye Şəhərciyi”in vergi və gömrük güzəştlərinin tətbiq olunması nəzərdə tutulur

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Çin Xalq Respublikasının Liaoninq əyalətinin Şenyanq şəhərinin Xarici əlaqələr İdarəsinin rəisi cənab Vanq Jinqyinqinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Rayon İcra Hakimiyyətindən “Palitra”ya bildiriblər ki, qonaqları qəbul edən başçı Azərbaycanda investisiya mühiti haqqında məlumat verərək, son dövrlər ərzində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında olan dövriyyədən danışıb. Bildirib ki, Azərbaycan və Çin arasında mədəni əlaqələrin tarixi çox qədim zamanlara təsadüf edir və Çindən başlayan Böyük İpək yolu Azərbaycandan keçməklə Qafqaza, Qara dəniz vasitəsilə Avropaya qədər uzanıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il aprelin 2-də qurulub. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ilin martında Çinə rəsmi səfəri Çin-Azərbaycan əlaqələrinin təməlini qoyub və əməkdaşlığın inkişafına əhəmiyyətli təsir göstərib. Ötən müddət ərzində ölkələrimiz arasında iqtisadi və mədəni əlaqələr sahəsində bir çox sazişlər imzalanıb. Hazırda Azərbaycanın biznes və investisiya imkanları, ölkəmizdə investorlar üçün yaradılmış əlverişli şərait və güzəştlər, həmçinin Azərbaycanın tranzit potensialı xarici sərmayədarlar üçün geniş imkanlar açıb. Ölkəmizdə sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılır.
Əlverişli coğrafi mövqeyə malik olan və tarixən ticarət dəhlizlərinin kəsişməsində yerləşən ölkəmizin və Qaradağ rayonunun bu üstünlüyündən səmərəli istifadə olunması üçün Prezident tərəfindən strateji qərarlar qəbul edilib. Ələtdə yerləşən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” ölkəni Qərblə (Türkiyə və Avropa İttifaqı), Cənubla (İran və Hindistan) və Şimalla (Rusiya) birləşdirən nəqliyyat qovşağıdır. Azərbaycan daxilindən keçən üç beynəlxalq dəmiryolu xətti məhz Ələtdə kəsişir. Liman Xəzər dənizi regionunda ən böyük sənaye və logistika zonasına çevrilməkdədir. 2017-ci ilin oktyabrında Avropa ilə Asiyanı birləşdirən nəhəng Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi İpək Yolunun yenidən bərpasına zəmin yaradıb. Qərb və Şərq arasında nəqliyyat körpüsü rolunu oynayan Bakı-Tbilisi-Qars dəmiryolu Çin mallarının Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazisindən keçməklə Avropa ölkələrinə çatdırılmasında yeni ən qısa, əlverişli və optimal marşrut kimi xidmət edəcək. Azərbaycanda həyata keçirilən mühüm tədbirlərdən biri də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla yaradılmış Azad Ticarət Zonasının regional miqyasda Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu və 130 milyon insanın yaşadığı çoxşaxəli bazarlara xidmət göstərməsinin planlaşdırılmasıdır.
Son dövrlərdə Qaradağ rayonu Çin xalq Respublikasının bir sıra vilayətləri ilə qarşılıqlı əlaqələr qurub. Ötən il Şenzen şəhər Regional İqtisadi Əməkdaşlıq Assosiasiyası arasında əldə olunmuş razılığa əsasən rayon ərazisində “Azərbaycan-Çin Sənaye Şəhərciyi”nin yaradılması nəzərdə tutulur. Birgə yaradılacaq “Sənaye Şəhərciyi”nin fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən xüsusi vergi və gömrük güzəştlərinin tətbiq olunması nəzərdə tutulur. Qeyd edilib ki, yaxın zamanlarda Çin Kommunist Partiyası Şenyang Bələdiyyə Komitəsinin birinci katibi cənab Yi Lienxunun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfəri olacaq. Sonra qonaqlar Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində yaradılmış şərait və imkanlarla yaxından tanış olublar.

Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info