İran Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürə bilər
Tarix: 13.07.2018 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


İran Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürə bilər. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Azərbaycanda səfərdə olan İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşeminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazir Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan və İranın dövlət başçılarının yüksək səviyyəli səfərlərinın, aparılan danışıqların nəticəsidir ki, ölkələrimiz arasında qarşılıqlı münasibətlər yüksələn xətlə inkişaf edir. Ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, nəqliyyat, səhiyyə, sənaye, energetika, kənd təsərrüfatı, turizm, gömrük və s. sahələrdə uğurla əməkdaşlıq edirlər. Ölkəmizdə yaradılan sənaye parkları və məhəllələri, yaradılmış infrastruktur və əlverişli imkanlar barədə məlumat verən iqtisadiyyat naziri bildirib ki, Pirallahı Sənaye Parkında İranla birgə "Caspian Pharmed" əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması işləri davam etdirilir. Bununla belə, əczaçılıq məhsullarının istehsalı sahəsində İranın digər dərman istehsalı müəssisələri ilə də əlaqələr qurula bilər. Azərbaycanın İranla digər sahələrlə yanaşı, səhiyyə sahəsində də əməkdaşlığa önəm verdiyini vurğulayan iqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, İranın tibb sahəsində ixtisaslaşmış bir sıra ali təhsil müəssisələrinin rəhbərləri Azərbaycanda səfərdə olub, Azərbaycanın Tibb Universiteti və Təbriz Tibb Universiteti arasında memorandum imzalanıb. Görüşdə Azərbaycanda birgə dərman istehsalı, müalicə işinin birgə təşkili, səhiyyə sahəsində elmi-tədqiqatların aparılması, tibbi kadrların hazırlanması, İranın Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşemi Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, İranda səhiyyənin, tibbi təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və qazanılmış uğurlar barədə məlumat verib. Seyid Həsən Qazizadə Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, dərman preparatlarının istehsalı üzrə müştərək müəssisələrin yaradılmasının önəmini qeyd edib.
Anar




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
Balakəndə meyvə istehsalı 900 tondan çox artıb
11.11.2019
Rusiyanın neft gəlirləri azalıb
10.11.2019
Azərbaycan “Şərq-Qərb” nəqliyyat dəhlizinin kilid parçasına çevrilir
08.11.2019
Azərbaycan nefti bahalaşıb
08.11.2019
Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info