BANM-in tələbələri “Petkim”də işə və təcrübəyə başlayırlar
Tarix: 13.07.2018 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) bu ali təhsil müəssisəsinin SOCAR-ın Türkiyədəki “Petkim” neft-kimya kompleksinə işə və təcrübəyə qəbul olunan tələbə və məzunları, onların valideynləri ilə görüş keçirilib.
Ali məktəbdən bildirilib ki, tədbirdə çıxış edən rektor Elmar Qasımov, hər il olduğu kimi, bu il də SOCAR-ın Türkiyədəki müəssisələrinin işə qəbul və istehsalat təcrübəsi keçmək üçün Azərbaycandan yalnız BANM-in tələbələrini seçdiyini bildirib. Rektor qeyd edib ki, bu il “Petkim”in İzmir şəhərindəki petrokimya zavodu ali məktəbin 4 məzununu işə götürüb və 20 tələbəsini istehsalat təcrübəsi keçmək üçün seçib. E.Qasımov “Petkim”in bu addımını ali məktəbə böyük etimad və etibarın bariz nümunəsi olduğunu vurğulayıb.
“Petkim” petrokimya holdinqin insan resursları üzrə baş direktorunun müavini Levent Kocagül çıxışında bildirib ki, “Petkim”in BANM-in tələbə və məzunlarına marağı onların öz sahələri üzrə yüksək bilik və bacarığa malik olmaları, həmçinin nizam-intizam qaydalarına ciddi əməl etmələri ilə əlaqədardır. L.Kocagül bu il işə və təcrübəyə qəbul olunan tələbələrin sayının gələcəkdə daha da artacağını qeyd edib.
Holdinqin nümayəndəsi Bəhruz Babayev isə tələbələrin iyulun 18-dən etibarən İzmirdə təcrübəyə başlayacaqlarını bildirib və zavodun iş prosesindən, təhlükəsizlik qaydalarından, tələbələr üçün hazırlanmış layihələrdən, onların inkişafı üçün nəzərdə tutulmuş proqramlardan danışıb.
“Petkim”dən iş təklifi alan BANM-in 4 məzunu – Fərid Mustafayev, Fərid Əliyev, Pərvin Salamzadə, Mirhadı Həbibov və onların valideynləri SOCAR və BANM rəhbərliyinə təşəkkür ediblər.
Görüşün sonunda BANM və “Petkim” petrokimya holdinq arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilənin şərtlərinə əsasən, BANM-in tələbələri üçün “Petkim” öz zavodlarında yerləşən şöbələrdə iki ay müddətində istehsalat təcrübəsi təşkil edəcək. Həmçinin tələbələrin müasir texnologiyalardan və petrokimya sənayesində istifadə olunan texniki sənədlərdən faydalanmaları təmin ediləcək. Bundan əlavə, təcrübə zamanı tələbələrə texnologiya, qurğu və avadanlıqlar canlı olaraq nümayiş etdiriləcək. Eyni zamanda tələbələrə “Petkim”də keçirdikləri vaxt və təcrübə üçün təqaüd veriləcək.




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib
20.09.2019
DİN-in idarə rəisi təqaüdə göndərildi
20.09.2019
“Kaspersky Lab” kiber idmanda fırıldaqçılığa qarşı mübarizə həlli təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info