Aşıqlar Birliyinin yeni layihəsi başa çatmaq üzrədir
Tarix: 13.07.2018 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Aşıqlar Birliyində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Koroğlu havaları” vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli-mədəni dəyərlər kimi” layihəsi üzərində işlər tamamlanmaq üzrədir. Bu barədə redaksiyamıza məlumat verən Birliyin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu bildirib ki, artıq layihə çərçivəsində görüləcək işlərin çoxu həyata keçirilib. Belə ki, “Koroğlu havaları” ilə bağlı klassik ustadların ifaları dinlənilərək müzakirə olunub, onların çağdaş aşıqların repertuarında yenidən səsləndirilməsi məqsədyönlü bilinib. Respublikamızın müxtəlif guşələrində yaşayan istedadlı aşıqların arasında seçim aparılaraq, “Koroğlu havaları”nın ən yaxşı ifaçısı olan aşıqlar seçilərək onların ifasında qəhrəmanlıq ruhunda olan aşıq havaları lentə alınıb. Təqdim olunacaq CD albomda 20-dək aşıq havası yer alacaq. Qələndər Zeynalov, Məhərrəm Hüseynli, Samirə Əliyeva, Əli Tapdıqoğlu, Ağamurad Şirvanlı, Altay Məmmədli, Ramin Qarayev, Dəmir Vəliyev, İsa Qaraxanlı, Şöhrət Kərimov, Təbriz Vəliyev, Nəbi Nağıyev, Nazim Quliyev, Şaiq İncəli, Avdı Musayev, Anar Abdullayev, Xanlar Alqayıt, Babək Şakirli, Roman Azaflı, Elvin Axundov, Sahib İsmiyev və Qabil Faxralı kimi istedadlı aşıqların, eləcə də “Çeşmə” və “Misri” sazçı folklor qruplarının ifasından yazıya alınan həmin ifalar milli dövlətçilik düşüncəsinin, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Azərbaycanla İran və İndoneziya arasında əməkldaşlığa dair fikir mübadilələri aparılıb
19.06.2019
Bank mütəxəssis axtarır
19.06.2019
“Paşa Sığorta” işçi axtarır
19.06.2019
“Veysəloğlu” işçi axtarır
19.06.2019
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Prezidentin Sərəncamı: 160 minə yaxın müəllimin orta aylıq maaşı 605 manat oldu
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info