YAP Yasamal rayonu, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının iclası keçirilib
Tarix: 13.07.2018 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Təşkilatın İdarə Heyətinin yeni tərkibi və sədri seçilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyası Yasamal rayonu, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının iclası keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, müasir dünya təcrübəsində bu və ya digər ölkənin müqəddəratı üçün həlledici tarixi məqamlarda, ümummilli inkişafın təmin olunmasında cəmiyyəti öz ətrafında səfərbər edərək irəliyə doğru apara bilən avanqard siyasi təşkilatların mühüm tarixi rol oynamasına dair çoxsaylı nümunələr var. 1992-ci ilin noyabrında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sədrliyi və tanınmış ziyalıların iştirakı ilə Naxçıvan şəhərində yaradılan Yeni Azərbaycan Partiyasının timsalında da biz müasir dövrün belə parlaq nümunələrindən birini görürük.
Nazir ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən YAP-ın sivil siyasi sistem əsasında müstəqil dövlətimizin qurulması və möhkəmlənməsi, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasında tarixi xidmətlərini qeyd edib. O, diqqətə çatdırıb ki, son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbəri olduğu YAP dövlət başçısının uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı nəticəsində ölkəmizin bütün sahələrdə yeni nailiyyətlər əldə etməsinə öz dəyərli tarixi töhfələrini verir.
S.Babayev nazirliyin kollektivinin Prezident İlham Əliyevin əmək və sosial müdafiə sahəsində siyasətinin, bu sahə ilə bağlı islahatlar proqramının uğurlu icrası üçün səylərini daim artırdığını vurğulayıb. Nazir YAP-ın Yasamal rayonu, S.Əsgərova 85 ərazi ilk partiya təşkilatının partiyanın siyasi xəttinə uyğun fəaliyyətinin gücləndirilməsinin də diqqətdə saxlandığını, hazırda keçirilən iclasın müvafiq sahədə təşkilati məsələlərin həlli məqsədinə xidmət etdiyini bildirib.
YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov partiyanın yaranması tarixindən bəhs edib. O, bu siyasi təşkilatın ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursuna uyğun şəkildə dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ölkəmizin hərtərəfli tərəqqisi istiqamətində xidmətlərini diqqətə çatdırıb.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov çıxış edərək iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb. İclasın gündəliyi səsə qoyularaq yekdilliklə qəbul edilib. İclasda YAP Yasamal rayonu, S.Əsgərova 85 üzrə ərazi ilk partiya təşkilatının İdarə Heyətinin 9 nəfərdən ibarət yeni tərkibi seçilib. İdarə Heyəti üzvlərı sırasından nazirliyin Aparat rəhbəri v.i.e. Anar Əliyev YAP Yasamal rayonu, S.Əsgərova 85 üzrə ərazi ilk partiya təşkilatının sədri, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri v.i.e. Fazil Talıbov isə sədrin müavini seçilib.
İdarə Heyətinin yeni seçilmiş sədri Anar Əliyev göstərilən etimada görə təşəkkür edib, bu etimadı doğrultmaq, ərazi ilk partiya təşkilatının partiyanın siyasi xəttinə uyğun məqsədyönlü fəaliyyətinin təşkili üçün səylərini daim artıracağını vurğulayıb.
Sonra YAP sıralarına yeni qəbul olunmuş nazirliyin 42 nəfər əməkdaşına üzvlük vəsiqələri təqdim edilib. YAP sıralarına yeni qəbul olunmuş gənclər regionun ən güclü siyasi təşkilatı olan partiyanın üzvü olmaqdan qürur hissi keçirdiklərini və daim YAP-ın etimadına layiq fəaliyyət göstərəcəklərini vurğulayıblar.
T.Əhmədov daha 75 nəfər əməkdaşın ərizə verdiyini və müraciətləri nəzərə alınmaqla YAP sıralarına qəbul olunduqlarını bildirib.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info