Sosial şəbəkədə “ilahiyyatçının” kriminal çağırışı
Tarix: 13.07.2018 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Bu adamın statusunun 3 gündə cəmi 11 “bəyənmə” qazanması sübut edir ki, xalq terrorizmi və radikalizmi dəstəkləmir

Son vaxtlar ölkəmiz Gəncədə bir sıra arzuolunmaz kriminal, terror hadisələrinə şahidlik etdi. Bu cür olaylar baş verəndə dövlət də, xalq da çətin sınaq qarşısında olur. Əslində cəmiyyətimiz, dövlətimiz Nardaran olaylarında olduğu kimi, bu sınaqdan da üzüağ çıxdı, dövlətimiz göstərdi ki, proseslər nəzarətdədir, vətəndaşların təhlükəsizliyi ən yüksək səviyyədə qorunur. Hətta bu mühüm, məsuliyyətli işdə-ictimai asayişin qorunmasında iki polis də öz canını fəda etdi... Cəmiyyətimiz, xalq isə sübut etdi ki, belə təxribatlara uyan deyil, artıq bir dəfə 90-cı illərin əvvəllərində xaosun, özbaşınalığın yaratdığı ağır durumun şahidi olub. Xalq öz dövləti ilə bir olub, proseslərə soyuqqanlı yanaşdı desək, yanılmarıq.
Amma bu məsələlərdə daha bir vacib məqam diqqətimizi çəkirdi ki, bu da “iaşə müxalifətinin”, ənənəvi müxalifətin, bəzi radikal dindarlar və xaricdən idarə olunan dini resursların hər şeyi fərqli təqdim etməsi idi. Avropada küçələrdə, zibilxanalarda aksiyalar keçirənlər “Facebook” səhifələrində, antiazərbaycan qüvvələrdən aldıqları beş-on manat vəsait hesabına qurduqları internet TV-lərdə aqressiv, kriminal hadisələri dəstəkləyən fikirlər, çağırışlar edirdilər. Törədilən cinayətlərin, əslində, mənfi bir şey olmadığı irəli sürülürdü. Hətta bəzi səhifələr iki polisi qəddarlıqla qətlə yetirənlərə qarşı yaranmış nifrəti soyutmaq üçün polislər haqqında keçmişdə olmuş hansısa faktlara əsaslanmayan paylaşımlar edirdilər. Guya, haradasa, nə vaxtsa polis bölməsində vətəndaş ölübsə, bunun günahını polisin üstünə yıxıan statuslar yazırdılar və s. Həqiqətən də ,onların bu “uşaq başı aldadan” texnologiyaları işləmədi, əksinə, müzakirələrə nəzər saldıqda görürük ki, vətəndaşlar siyasi yalanların dayandırılmasını tələb edirdilər. Bəlkə də, hansısa kiçik sosial problemləri paylaşım edən bu destruktiv qüvvələr insanların bir qisminin diqqətini çəkə bilirdilər. Amma belə ciddi məsələyə min cür don geyindirib, polisin öldürülməsinə dolayısı ilə haqq qazandırmaları, həqiqətən də insanların hiddətinə səbəb oldu.
Digər anormal məsələ isə dini radikalların nəzarətində olan səhifələrdən biri, “Nur-az.com” adlı “Facebook” səhifəsinin dindən kənar siyasi paylaşımlar edərək, daha da aktivləşməsi və hətta Yunisi az qala “imam övladı” kimi təqdim etməsidir. Amma məsələnin ən gülməli və özlərinə də dərs olacaq tərəfi bu oldu ki, ayın 11-də edilən bu paylaşımı təqdir edən yoxdur, bu günə qədər hələ də, cəmi 11 bəyənmə gəlib... Paylaşımda isə ilahiyyatçı alim kimi təqdim edilən Orxan Məmmədov adlı şəxs ara-sıra dini kəlamlardan misallar gətirməklə, sırf siyasi söhbətlər edir, hətta Yunisi ziyalı kimi də təqdim edərək, guya Gəncədə yeni Yunislər nəslinin formalaşdığını iddia edir. Cinayətkarı insanlara qəhrəman kimi təqdim etmək kimə, nəyə lazım idi axı? Doğrudanmı düşünmürlər ki, bu cür hallar əksinə olaraq insanlarda, əsasən də valideynlərdə qıcıq yaradır? Hansı valideyn razı olar ki, sosial şəbəkələrdən istifadə edən və həyat təcrübəsi olmayan övladı gənc yaşında adam öldürən və ya buna cəhd edənləri özünə ideal görsün? Bu cür əməl heç dinimizdə də məqbul sayılmır. Amma görünən odur ki, din pərdəsi adı altında gizlənən bu resurslar, “ilahiyyatçılar” yaxşı təlimatlandırılırlar.
Videorolikə nəzər saldıqda aşkar görünür ki, o hətta bir qədər də uzağa gedərək, iddia edir ki, guya dövlət insanları bilərəkdən dünyanın dörd yanına səpələyir. Heç bir siyasi savadı olmayan bu adamın bu cür iddiaları doğrudan da gülünc doğurur. Yeni nəslin “Yunis nəsli “ olduğunu deyən və keçmiş-Cavadxan nəsli ilə rabitəsinin yarandığını bildirən bu “dindar” hələ də anlamır ki, bir cinayətkarı-Yunisi bütöv bir nəslə bağlamaq olmaz və indiki gənclər, gəncəli gənclər heç də belə şəxsləri özlərinə ideal seçmirlər... Seçsəydilər, indi proseslər təbii ki, nəzarətdən çıxmışdı. Onu da qeyd edək ki, “Ar-rad TV”-nin (?) ondan aldığı müsahibədə o yenə də Yunis Səfərovun əməllərinə haqq qazandırır... Təkcə onun bu 17 dəqiqəlik videomüsahibəsindən bir cümləni diqqətinizə çatdıraq ki, bununla da məsələnin mahiyyətini anlamaq mümkün olsun: “Yunisin gördüyü bu iş cəmiyyətdə ruh yüksəkliyi yaratdı...”.
Buradan bir daha görünür ki, həqiqətən də, bu internet resurslar və heç yerdə tanınmayan “ilahiyyatçı”lar vasitəsilə bəzi qüvvələr insanların beyinlərinə təsir etməyə çalışırlar. Hətta gənclərimiz qanla törədilən istənilən əməlin arxasınca getməsə belə, hər gün sosial şəbəkələr üzərindən “Yunis qəhrəmandır”, “Onun əməli terror deyil” və s. kimi fikirləri beyinlərinə yeritsələr ,nə vaxtsa bu psixoloji taktika öz bəhrəsini verə bilər. Bunu onların ağaları, bu texnologiyanı işləyib hazırlayanlar da gözəl bilirlər və müxaliflərə, “dindarlara” yaxşı təlimatlar veriblər. Hər gün təkrarlanan eyni söz sonda insan beyninə çox ciddi təsir edir. Adam konkret cümləylə deyir ki, “Yunis bu əməli ilə camaata xoş bir əhval-ruhiyyə bəxş etdi”. Adını dini səhifə qoyan “Nur-az.com” isə belə bir araqarışdıranın videomüsahibəsini paylaşaraq, ictimai fikrə mənfi yöndən təsir etməyə çalışır. Təzadlı davranışdır, deyilmi? Din və terror! Hamımız çox gözəl bilirik ki, bu cür səhifələrin, resursların dinlə, imanla, əqidə və ya mənəvi dəyərlərlə heç bir əlaqəsi yoxdur. Elə haqqında söz açdığımız səhifədən tutmuş, “iaşə müxalifəti”nin fəaliyyətinəcən, hər şeyi analiz etsək görərik ki, din kənarda qalır, onların fikirləri, əməlləri bəyanatları sırf təxribatlara hesabalanır...
Əli Kərimlinin əmisi oğlu olan və Avropaya mühacirət edən İnqilab Kərimov da Gəncədə və digər bölgələrdə insanları ayağa qalxmağa çağıran statuslar paylaşır. Amma həm radikal dindarlar həm də elə onlardan geri qalmayan müxalifət nümayəndələri də gözəl anlayırlar ki, bu xalq təxribatlara uyan xalq deyil. Artıq bu kütləni aldatmaq 90-cı illərin əvvəllərindəki kimi asan da deyil!

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Göyçayda xurma bağlarından yığılan məhsul Rusiya bazarlarına göndərilir
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
“Ölkəniz möhtəşəm inkişaf edir”- YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info