“Məzun evi”nin gəncləri üçün növbəti peşə hazırlığı kursu təşkil olunub
Tarix: 13.07.2018 | Saat: 22:03:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsinin sakinlərinin əmək bazarına çıxış imkanlarının artırılması məqsədilə növbəti peşə hazırlığı kursu təşkil olunub.
Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən xalçaçılıq peşəsi üzrə təşkil olunan kursa “Məzun evi”ndən 23 nəfər gənc cəlb olunub. Onlardan 22 nəfəri qadındır.
Təcrübəli müəllimlər tərəfindən aparılan və iki ay davam edəcək kursun yekununda gənclər peşə hazırlığı zamanı əldə etdikləri bilik və bacarıqları nümayiş etdirmək üçün kurs işi olaraq hazırladıqları əl işlərini təqdim edəcəklər. Kursu uğurla başa vuran gənclərə peşə sertifikatları veriləcək və onların həmin peşə üzrə məşğulluğu təmin olunacaq.
“Məzun evi”ndə yaşayan gənclərin artıq əksər qisminin elə müəssisənin özündəki ştat vahidlərində və ətraf ərazidəki müəssisələrdə daimi işlə təminatı həyata keçirilib. Sakinlərdən bir qismi isə özünüməşğulluq proqramına cəlb olunub. Onlara şirniyyat və un məmulatlarının istehsalı üzrə öz kiçik ailə təsərrüfatlarını qurmaları üçün proqram çərçivəsində mal və materiallar veriləcək.
İki yaşayış binasından ibarət müəssisədə dövlət uşaq müəssisələrinin məzunları olan, valideyn himayəsindən məhrum 243 gənc mənzillə təmin edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info