“Şimal axını 2” layihəsi təhlükədə
Tarix: 13.07.2018 | Saat: 21:24:00 | E-mail | Çapa göndər


Ağ Ev iki istiqamətdə Avropaya qarşı sanksiya cəbhəsi açıb: layihənin investoru olan şirkətlərə sanksiyalar tətbiq edə bilər

ABŞ “Şimal axını 2” (“Nord Stream 2”) təbii qaz boru kəməri layihəsinin iştirakçısı olan Qərb şirkətlərinə sanksiyalar tətbiq edə bilər. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi məlumat verib. O bildirib ki, Rusiyanın “Şimal axını 2” layihəsinə investisiya qoyan Qərb şirkətlərinin sanksiyalarla qarşı-qarşıya qalma riskləri var. Rəsmi Vaşinqton Rusiya təbii qazını Almaniya üzərindən Avropaya daşıyacaq “Şimal axını 2” boru kəmərini Moskvanın Avropanı bölmək üçün istifadə etdiyini müdafiə edərək, bu boru kəmərini inşa edən şirkətlərə sanksiyalar tətbiq ediləcəyinə dair yenidən xəbərdarlıq edib: “Rusiyanın boru kəməri ilə enerji ixracında çalışan şirkətlərin sanksiya riski daşıyan fəaliyyət həyata keçirdikləri barədə qərarlıyıq. Biz, bu boru kəmərinin Avropanın ümumi enerji təhlükəsizliyi və sabitliyinə mənfi təsir edəcəyinə inanırıq. Rusiya layihənin Avropanı “parçalamaqda” olduğunu başa düşür və bundan öz lehinə istifadə edir”. Qeyd edək ki, beynəlxalq enerji şirkətləri “Wihtershall”, “Uniper”, “OMV”, “Shell” və “Engie” “Şimal axını 2” layihəsinə investisiya yatırıb. “Nord Stream II AG” konsorsiumunun məlumatına görə, “Şimal axını 2” təbii qaz boru kəmərinin inşası üçün hazırlıq işləri Almaniyanın Baltik dənizi sahilindəki Greifswald körfəzində başlanılıb. Marşrut boyunca digər üç ölkədə - Rusiya, İsveç və Danimarkada müvafiq icazələrin alınması prosedurlarına başlanıb. Tikinti işləri nəzərdə tutulduğu kimi, 2018-ci ildə həyata keçiriləcək. Yanvarda Almaniya tərəfindən “Şimal axını 2” qaz boru kəmərinin inşasına dair icazə verilib. “Gazprom” şirkəti “Şimal axını 2” təbii qaz boru kəməri layihəsinin 2019-cu ilin sonunadək başa çatdırılacağını açıqlayıb. Ümumilikdə 9,5 milyard dollara başa gələcək və 1220 kilometr uzunluğundakı “Şimal axını 2” qaz kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr təbii qaz nəql edəcək. “Gazprom”la yanaşı, “Shell”, “OMV”, “Engie”, “Uniper” və “Wintershall” kimi enerji şirkətləri layihənin əsas tərəfdaşlarındandır. “Şimal axını 2” ilə Rusiyanın Baltik dənizindən keçməklə Almaniyaya təbii qaz ixracı ildə 110 milyard kubmetri keçəcək. Donald Trampın Almaniya ilə bağlı son açıqlamalarından sonra sanksiya məsələsinin gündəmə gələcəyi gözlənilən idi. Tramp açıq şəkildə Almaniyanı təhdid etmişdi. Bunun əsas səbəblərindən biri Almaniyanın Rusiya ilə yaxınlaşması və bu məsələdə Vaşinqtonun qitədə həyata keçirdiyi siyasətə qarşı durmasıdır. Ağ Ev Almaniyanın Vaşinqtondan müstəqil siyasət həyata keçirməsini istəmir və bunun qarşısını almaq üçün təzyiq rıçaqlarını işə salıb. Almaniyanın ABŞ-ın təzyiqlərinə nə qədər dözə biləcəyi bəlli deyil. Çünki Almaniya Avropanın əsas dövlətlərindən biri olsa da, təkbaşına ABŞ-a qarşı duruş gətirə bilməz. Fransa dövlət başçısı Makron bu məsələdə Almaniya ilə həmrəy olduqlarını elan edib. Amma siyasi təcrübə göstərir ki, ABŞ müxtəlif yolla Fransanı bu mövqeyindən daşındıra bilər. Məsələn, Tramp-Makron görüşündə ABŞ-ın Fransanın Avropa İttifaqından çıxmağa təşviq etdiyi məlum olmuşdu. Almaniyanın Rusiya ilə yaxınlaşma siyasəti Donald Trampın seçilməsindən sonra fəal fazaya keçib. Bu ilin əvvəlində Rusiyanın enerji nəhəngi “Gazprom” tərəfindən Almaniya tərəfindən “Şimal axını 2” təbii qaz boru kəmərinin inşasına dair icazə verilməsi ilə bağlı xəbər yayıldı. Elə həmin vaxtdan ABŞ Almaniyanı bu layihədən uzaqlaşdırmağa çalışır. Amma belə görünür ki, ABŞ-Almaniya münasibətlərində yaranan böhran dərinləşəcək. Maraqlıdır ki, ABŞ İran istiqamətində də sanksiya siyasəti həyata keçirir. ABŞ-ın maliyyə naziri Stiven Mnuçin deyib ki, ABŞ bu ölkənin mövqeyinə zidd olaraq, İran neftini almaqda davam edən istənilən ölkəyə, o cümlədən Rusiya, Çin və digər dövlətlərə sanksiya tətbiq etməyə hazırdır. Xatırladaq ki, Donald Tramp mayın 8-də İranın nüvə proqramı sazişindən çıxdığını bəyan edib. O, İrana qarşı bütün sanksiyaların, o cümlədən ikinci dərəcəli, yəni İranla biznes quranlara qarşı da sanksiyaların yenidən tətbiqi barədə məlumat verib. “Altılığın” digər üzvləri ABŞ-ın bu addımına qarşı çıxıblar. Vaşinqtonun Avropadan olan tərəfdaşları İranla sazişə, əvvəlki kimi, riayət etmək fikrində olduqlarını söyləyiblər. Bu dəfə də hədəfdə olan əsas şirkətlər Avropaya aiddir. Ağ Ev iki istiqamətdə Avropaya qarşı sanksiya cəbhəsi açıb.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.08.2019
Liviya sahillərində 278 qaçqın tutuldu
18.08.2019
Türkiyədə PKK terrorçularına qarşı əməliyyat: 10 nəfər saxlanılıb
18.08.2019
Yunanıstanda yenə bir neçə türk məktəbi bağlandı
18.08.2019
15 min ev bir gündə yandı
18.08.2019
Kabildə toy mərasimində partlayış

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info