Gəncədə törədilən iğtişaşların qabaqcadan planlaşdırıldığı və xaricdən idarə edildiyi təsdiqlənib
Tarix: 14.07.2018 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Terrora, dövlətin hüquqi əsaslarına qarşı çağırış edənlərə, xaricdən gələn təlimatlarla dövlətə qarşı fəaliyyət göstərən şəxslərə, saytlara, radikallara qarşı qanunvericilikdə cəza tədbirləri ağırlaşdırılmalıdır
Məlum olduğu kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində iki polis zabiti şəhid olub. Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunub ki, bu cinayətin iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində dövlətimizin başçısının şəxsi nəzarəti altında intensiv surətdə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilib və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib. Gəncədə asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri - Samir İbrahimovun da gizləndiyi yer müəyyən edilib və keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanıb. Bütövlükdə qeyd olunan cinayətin fəal iştirakçılarından 11 nəfərin tutulması təmin olunub, biri isə məhv edilib. Törədilmiş qanlı cinayətin bütün iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. İstintaq-axtarış əməliyyatı zamanı hadisədən bir gün əvvəl Rəşad Böyükkişiyevin bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana çıxardığı müəyyən olunub. Həmçinin müəyyən edilib ki, cinayət törətməkdə şübhəli bilinən Bəkram Əliyev iyulun 9-da Rusiyadan Gəncəyə gəlib. Bu faktlar təsdiqləyir ki, cinayət qabaqcadan planlaşdırılmış aksiya olub və bilavasitə xaricdən idarə edilib. Əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb.
Terrorçuluğa açıq çağırışla bağlı 21 cinayət işi başlanılıb, xaricdə yaşayan şəxslər beynəlxalq axtarışa verilib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanılıb, 3 şəxs həbs edilib. Hüquq mühafizə orqanlarından daxil olan məlumata görə, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib. Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barədə inzibati həbs tədbiri seçilib.
Son hadisələr bir daha göstərdi ki, Azərbaycan cəmiyyəti ayıq-sayıqdır və min-bir çətinliklə əldə edilən müstəqilliyin, dövlətçiliyin qədrini çox yaxşı bilir. Müəyyən xarici qüvvələr və onların daxildəki azsaylı dəstəkçilərinin Azərbaycana qarşı məkrli planı xalq-iqtidar birliyi ilə puç edildi. Xalq dövlətinə, dövlətçiliyə sadiq qalaraq ölkəni inkişaf etdirən siyasətə dəstək verdi. Yunis Səfərovu, az qala, qəhrəman elan edən, iğtişaşlara, qanuni hakimiyyəti devirməyə çağıran, bu alınmadıqda isə hadisələrin başvermə səbəbləri ilə əlaqədar müxtəlif versiyalar uyduran xaricdəki Qənimət Zahid, Arif Məmmədov, Orduxan Bəbirov, Qurban Məmmədov, Tural Sadıqlı kimi ünsürlərin dövlətə və xalqa qarşı düşmənçiliyi bir daha ifşa olundu. Ölkədə radikal islamçılara, onların nəzarətində olan və xaricdən gələn təlimatlar əsasında dövlətin hüquqi əsaslarına qarşı sistemli çağırışlar edən, cəmiyyətdə dini, milli ayrı-seçkilik toxumu səpməyə çalışan saytlara, sosial şəbəkə istifadəçilərinə qarşı ciddi tədbirlər görülməlidir. Belə məsələdə güzəştə getmək olmaz. Azərbaycan dövlətinin maraqlarına, dövlətçiliyin əsaslarına təhdid yaradan bütün ünsürlərə qəti münasibət ortaya qoyulmalı və hüququn ən sərt üzü ilə mübarizə aparılmalıdır. Hesab edirik ki, bu məqsədlə lazım olduğu halda, parlament müvafiq qanunlara düzəlişlər etməlidir. Belə ki, terrora, dövlətin hüquqi əsaslarına qarşı çağırış edənlərə, xaricdən gələn təlimatlarla dövlətə qarşı fəaliyyət göstərən şəxslərə, saytlara, radikallara qarşı qanunvericilikdə cəza tədbirləri ağırlaşdırılmalıdır. Sosial şəbəkələrlə bağlı məsələ bütün dünyada problem kimi müzakirə olunur. Amma şəbəkələrin terrora çağırış məkanı kimi istifadə olunması, dövlətçiliyə qarşı mübarizə platformasına çevrilməsi müəyyən addımlar atılmasını zəruri edir. Gəncə hadisələri bu sahədə dəyişikliyə ehtiyac olduğunu ortaya qoydu. Ən azından şəbəkələrdə terrora çağırışı edənlərə, dövlətə qarşı mübarizəyə səsləyənlərə cəza tədbirləri ağırlaşdırılmalıdır. Bu, cəmiyyətin tələbidir.

“Gəncədə məhv edilən terrorçunun müsəlman qəbiristanlığında dəfn edilməməsi digərlərinə də bir görk olar”

Azərbaycan cəmiyyəti radikallığı, fanatizmi, dövlət maraqlarına qarşı mübarizəni qəti rədd edir. Cəmiyyətdə Gəncə hadisələrini törədənlərə qarşı olan ümumi nifrət də bunu təsdiq edir. Bu nifrətin nəticəsidir ki, bir qrup Gəncə fəalı polis zabitlərinin qətlində şübhə bilinən və iyulun 13-də zərərsizləşdirilərək məhv edilən cinayətkarın müsəlman qəbiristanlığında dəfninə etiraz edib. Gəncədə təxribat törədənlərin Azərbaycanın dövlətçiliyinə xələl gətirməyə cəhd etdiyini bildirən millət vəkili Aydın Mirzəzadə hesab edir ki, həmin şəxslər ölkə xaricindən idarə olunanlardır. A.Mirzəzadə bir qrup Gəncə fəalının məhv edilən cinayətkarın müsəlman qəbiristanlığında dəfninə etiraz etməsi məsələsinə münasibətdə bildirib ki, bu, ictimaiyyət nümayəndələrinin fikridir: “Bu məsələni buraxaq gəncəlilərin ixtiyarına. Özləri necə istəyirlərsə, elə də etsinlər. Düşünürəm ki, bu, həm də digərlərinə bir görk olar”.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info