“Gazette.com.tr”: “BTC neftin ürəyi oldu”
Tarix: 14.07.2018 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


“Əsrin enerji layihəsi” olan və Azərbaycan neftini Türkiyə üzərindən dünya bazarlarına nəql edən Bakı-Tbilisi-Ceyhan boru xəttindən axan neft 3 milyard barelə çatıb”

Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft boru kəmərinin istifadəyə verilməsindən 12 il ötür. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan neft strategiyası ölkədə iqtisadiyyatın inkişafında mühüm rol oynadı. Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının təməlini təşkil edən “Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən biri də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqli və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması idi. Belə bir vaxtda Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyası irəli sürüldü.
BTC-nin əhəmiyyəti ilə bağlı dünya mətbuatında davamlı yazılar öz əksini tapdı. Bu gün də qonşu Türkiyənin mediasında BTC-nin rolu geniş işıqlandırılır.
Bu günlərdə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin istifadəyə verilməsinin 12 illiyi ərəfəsində Türkiyənin bir çox KİV-lərində yazılar dərc edilib. “Gazette.com.tr” saytında “BTC neftin ürəyi oldu” başlıqlı yazı bu baxımdan diqqət çəkir.
Burada qeyd edilir ki, “Əsrin enerji layihəsi” olan və Azərbaycan neftini Türkiyə üzərindən dünya bazarlarına nəql edən Bakı-Tbilisi-Ceyhan xam neft boru xəttindən axan neft 3 milyard barelə çatıb.
Rəsmi açılışı 13 iyul 2006-cı ildə reallaşan BTC Xam neft boru xəttinin son dayanacağı Adananın Ceyhan qəsəbəsində Heydər Əliyev Dəniz Terminalından indiyədək 3 min 920 tankerlə dünya bazarlarına nəql həyata keçirilib. Uzunluğu 1 776 kilometr olan və 1076 km Türkiyədən keçən xətlə terminala çatan xam neft, BTC xəttinin Türkiyədəki hissəsinin operatoru “Botaş International Limited” şirkəti tərəfindən tankerlərlə dünya bazarına ixrac edilir.
İstismara verildiyi 2006-cı ildə BTC ilə 57 milyon 78 min barel neft nəql olunub. 2010-cu ildə kəmərlə illik nəqletmə ən yüksək göstəriciyə - 286 milyon 214 min barelə çatıb. 2017-ci ildə Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə təqribən 34 milyon ton, yəni 256 milyon barel xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 333 tankerə yüklənib. Cari ilin ilk 3 ayında isə BTC ilə təqribən 63 milyon ton və ya 8,3 milyon barel xam neft ixrac olunub və həmin neft Ceyhan limanında 81 tankerə yüklənib. 2006-cı ilin iyunundan cari ilin birinci rübünün sonunadək BTC ilə ümumilikdə 391 milyon tondan çox, təxminən 2,93 milyard barel xam neft nəql edilib.
Kəmərin istismar müddəti 40 ildir və hazırda orta ötürücülük qabiliyyəti sutkada 1,2 milyon bareldir. Səngəçal terminalından Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan terminalınadək uzanan kəmərin çəkilməsinə təxminən 4,5 milyard dollar vəsait xərclənib. Hazırda kəmər vasitəsilə ildə 60 milyon ton neft nəql etmək mümkündür. Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Gürcüstan, Türkiyə və bütövlükdə bölgə, Avropa və ümumən dünya üçün iqtisadi və siyasi baxımdan, eləcə də enerji təhlükəsizliyi cəhətdən çox böyük əhəmiyyətə malik olmaqla yanaşı, Türkiyənin Qara dəniz boğazlarının həddən artıq yüklənməsinin də qarşısını alıb.
Qeyd edək ki, “Aksam.com.tr”, “Gunes.com”, “Sondakika.com”, “Oncevatan.com.tr” saytlarında “BTC-dən axan neft 3 milyard barelə çatdı” kimi başlıqlara yazılar dərc edilib.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info