Yaponiyadakı daşqınlar təqribən 206 milyon dollar zərər vurub
Tarix: 14.07.2018 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Yaponiyanın qərbində yerləşən kənd təsərrüfatı sahələrinə daşqınlar nəticəsində dəyən zərər hesablanıb. NHK telekanalı xəbər verir ki, təbii fəlakət nəticəsində dəyən ümumi zərərin təqribən 206 milyon dollar olduğu bildirilir. Bu rəqəmin artacağı gözlənilir. Regiondakı kənd, meşə və balıqçılıq təsərrüfatları leysan yağışları nəticəsində yaranan güclü daşqınlardan və torpaq sürüşmələrindən böyük zərər çəkib. Yaponiya Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələrinin bildirdiyinə görə, iyunun sonu, iyulun əvvəllərində yağan güclü yağışlar onlarla prefekturada geniş əraziləri əhatə edib. Nəticədə baş verən torpaq sürüşmələri öz yolunda ağacları və meşə yollarını məhv edərək, ümumilikdə 130 milyon dollardan çox zərər vurub. Kənd təsərrüfatı obyektlərinə, o cümlədən məhsullara dəyən zərərin ümumi məbləği isə təqribən 66 milyon dollar təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info