Muxtar respublikada 1315 işaxtaran işlə təmin olunub
Tarix: 14.07.2018 | Saat: 05:16:00 | E-mail | Çapa göndər



“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində cari ilin birinci yarısında aktiv məşğulluq tədbirləri davam etdirilib.
Bu dövrdə 1315 işaxtaran işlə təmin olunub, 268 nəfər müvəqqəti və mövsümi işlərə göndərilib, 134 vətəndaş müxtəlif peşələr üzrə kurslara cəlb edilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ünvanlı sosial yardımın təyini üçün rayonlarda əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət edən 42 vətəndaş işlə təmin olunub, ailə əməyinə əsaslanmaqla uzun müddət ünvanlı dövlət sosial yardımı alan 63 aztəminatlı ailəyə fərdi təsərrüfatlarını qurmaq üçün iribuynuzlu və xırdabuynuzlu mal-qara verilib, 2 şəxsə fərdi xalçaçılıq fəaliyyəti üçün, Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsindən azad olunan 1 şəxsə isə arı yeşiklərinin hazırlanması üçün avadanlıqlar və materiallar təqdim edilib. Kənd xidmət mərkəzlərinin kadr təminatı ilə bağlı verilmiş tapşırıqların icrasına uyğun xidmət mərkəzlərində fəaliyyət göstərən bərbər, gözəllik salonu və dərzi sexlərində olan vakant yerlərdə 15 bərbər, 28 bərbər-manikürçü və 5 dərzi olmaqla, 48 nəfər işlə təmin olunub. Ötən dövrdə 264 tənha ahıl və sağlamlıq imkanları məhdud şəxsə evlərində, 10 nəfərə Ahıllar Evində sosial-məişət xidməti göstərilib, Əlillərin Bərpa Mərkəzində 136 şəxsin, Uşaq Bərpa Mərkəzində isə 150 uşağın müalicəsi təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, Naxçıvan şəhərindəki Əlillərin Bərpa Mərkəzinə və Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar alınıb, sağlamlıq imkanları məhdud uşaqlar üçün uyğunlaşdırılmış əyləncəli oyun sahəsi istifadəyə verilib, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində, habelə Şərur və Ordubad rayonlarındakı bölmələrində bu kateqoriyadan olan uşaqların müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərinin artırılması üzrə məşğələlərin təşkili, müxtəlif sosial xidmətlərin göstərilməsi davam etdirilib, maarifləndirici tədbirlər keçirilib, reabilitasiya təlimlərinə 187 uşaq cəlb olunub.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
15.07.2019
Şamaxıda vikipediyaçıların üçüncü Vikidüşərgəsi baş tutdu
15.07.2019
İyulun 17-də Ay tutulması baş verəcək
14.07.2019
Sabahın hava proqnozu açıqlanıb
14.07.2019
Naftalanda 200 yerlik körpələr evi-uşaq bağçası üçün yeni bina tikilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10828

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info