“Azərbaycanın FETÖ ilə mübarizəsi bizi çox qürurlandırdı“
Tarix: 14.07.2018 | Saat: 18:36:00 | E-mail | Çapa göndər



“Azərbaycanın FETÖ ilə mübarizəsi bizi çox qürurlandırdı”.
APA-nın məlumatına görə, bunu İstanbulda 15 iyul dövlət çevrilişinə cəhd hadisələrinin ikinci ildönümünə həsr edilən brifinqdə Türkiyə prezidentinin baş sözçüsü, Türkiyə Baş Nazirliyinin Mətbuat və İnformasiya Baş İdarəsinin müdiri Mehmet Akarca deyib.
O bildirib ki, Azərbaycan FETÖ ilə mübarizəyə ilk başlayan ölkələrdən biridir: “Hesab edirəm ki, qardaş Azərbaycanda artıq FETÖ təşkilatlanması tamamilə sıradan çıxarılıb. Dost Azərbaycanın FETÖ terror təşkilatı ilə mübarizəsi yetərli qədər effektiv olub. Yaşadığımız hadisələrdə Azərbaycanı hər zaman yanımızda gördük. Təbii ki, başqa cür də ola bilməzdi. Çünki biz dost və qardaş ölkəyik. Türkiyə və Azərbaycanın dostları və düşmənləri eynidir".
M. Akarca bildirib ki, Türkiyədə FETÖ işi ilə bağlı həbslər davam edir: “Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak edən bəzi FETÖ-çular ömürlük həbs cəzasına məhkum edilib. Hazırda bu istiqamətdə məhkəmə prosesləri davam edir. Günahı olanlar mütləq cəzalarına çatacaqlar. Türkiyə xalqı demokratiyaya sahib çıxmaq üçün prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində 2016-cı ilin 15 iyulunda ikinci qurtuluş savaşını aparıb. Bu savaşda 251 şəhid vermişik. Əgər bu xain plan baş tutsaydı, həmin qüvvələr Türkiyəni parçalamaq üçün fəaliyyətə başlayacaqdılar. Ancaq türk xalqı demokratiyaya sahib çıxaraq, bu planların həyata keçirilməsinin qarşısını aldı".




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info