Gəncədə iğtişaş törədən cinayətkarlar layiqli cəzalarını alacaqlar
Tarix: 14.07.2018 | Saat: 18:39:00 | E-mail | Çapa göndər



İyulun 10-da Gəncədə törədilən hadisələr Vətənini və dövlətini sevən hər bir azərbaycanlıda kəskin qəzəb və təəssüf hissi doğurur.
Şəhərdə təxribatçı qüvvələrin çirkin məqsədlərinin qarşısı alınarkən iki polisimiz şəhid olub, onların qatilləri böyük cinayət törədiblər. Bu gün müstəqil Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutub. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmiz çox sürətlə inkişaf edir. Lakin uğurlarımızı istəməyən, Vətənə, xalqa dönük çıxan bəzi üzdəniraq təxribatçılar respublikamızda sabitliyi pozmağa çalışırlar. Gəncədə 150-200 nəfərin xarici qüvvələrin və onların əlaltılarının dəstəyi ilə iğtişaş törətməyə cəhd etmələri yolverilməz haldır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı, dosent Azad Rzayev bildirib.
Alim qeyd edib ki, Azərbaycan xalqının doğma Vətənə sevgisi, məhəbbəti sonsuz və tükənməzdir. Respublikamızda möhkəm xalq-iqtidar birliyi mövcuddur. Xalqımız öz Prezidentini dəstəkləyir. Təxribatçı ünsürlər heç vaxt bizim birliyimizi, ölkəmizdəki sabitliyi poza bilməzlər. Əminəm ki, Gəncədə iğtişaş törədən cinayətkarlar və təxribatçılar layiqli cəzalarını alacaqlar.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info