Gəncədə şəhid olmuş polis zabitlərinin ordenləri övladlarına təqdim edilib
Tarix: 14.07.2018 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyində Azərbaycan Polisinin 100 illik yubileyi münasibətilə bir qrup polis əməkdaşının və iyulun 10-da Gəncədə ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı qəhrəmancasına şəhid olmuş iki polis zabitinin (ölümündən sonra) təltif edildikləri dövlət mükafatlarının təqdim edilməsi mərasimi keçirilib.
APA-nın məlumatına görə, əvvəlcə nazir Ramil Usubov xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş iki zabitin - İlqar Balakişiyevin və Səməd Abbasovun təltif edildikləri “Azərbaycan Bayrağı” ordenlərini Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən mərhumların övladlarına təqdim edib, onlara atalarının qəhrəmanlıq yolunu gələcəkdə davam etdirməyi, Vətənə layiqli övlad kimi yetişmələrini arzulayıb.
Sonra Azərbaycan Polisinin 100 illik yubileyi ərəfəsində dövlət başçısının təltif etdiyi bir qrup əməkdaşa yüksək mükafatlar təqdim edilib.
Nazir R. Usubov şəxsi heyətin gərgin və fədakar əməyini hər zaman yüksək qiymətləndirdiyinə, xüsusən iyulun 10-da Gəncə şəhərində qəhrəmanlıqla həlak olmuş iki əməkdaşı təltif etdiyinə görə ölkə prezidentinə bir daha dərin təşəkkürünü bildirib, bu ali diqqət və qayğının daxili işlər orqanlarının bütün əməkdaşlarının ruh yüksəkliyinə səbəb olduğunu, onların üzərinə əlavə məsuliyyət qoyduğunu vurğulayıb, bütövlükdə Azərbaycan Polisinin qarşıya qoyulmuş istənilən vəzifənin öhdəsindən bundan sonra da layiqincə gələcəyinə, Vətənə, xalqa və prezidentə bundan sonra da sədaqətlə xidmət edəcəyinə əminliyini bildirib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info