TUMİB İsmayıllıda AXC irsini təbliğ edib
Tarix: 14.07.2018 | Saat: 14:11:00 | E-mail | Çapa göndər


“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyilə İsmayıllı şəhərində “Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli-mənəvi dəyərlərin qorunması ilə bağlı həyata keçirilən dövlət siyasətinin region gəncləri arasında təbliği” mövzusunda tədbir keçirib. Toplantıda yerli icra hakimiyyətinin əməkdaşları, QHT fəalları, ictimaiyyət nümayəndələri və jurnalistlər və gənclər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə iyulun 10-da Gəncə şəhərində şəhid olan polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Azərbaycanın dövlət himni ifa olunub.
Tədbiri girş sözü ilə İsmayıllı rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov açaraq, konfrans iştirakçılarını və qonaqları salamladı. O, çıxışına davam edərək bildirdi ki, İsmayıllı rayonunun Azərbaycan Xaq Cümhuriyyətinin tarixində və Cümhuriyyət dəyərlərimizin qorunub yaşadılmasında xüsusi yeri vardır.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov AXC-nin varisi olan müstəqil Azərbaycan Respublikasının regionun lider dövləti olduğunu bildirib. Qeyd edib ki, Azərbaycandakı sabitlik, iqtisadi inkişaf, mədəni tərəqqi bəzi xarici qüvvələri narahat etdiyi üçün onlar vaxtaşırı təxribatlara əl atırlar. İyulun 10-da Gəncə şəhərində baş verən hadisələri bu konteksdən qiymətləndirən TUMİB sədri müdrik Azərbaycan xalqının ölkəmizin müstəqilliyini qısqanan xarici qüvvələrə layiqli cavab verəcəyinə əmin olduğunu bildirib. Ç.Bayramov qeyd edib ki, Azərbaycan xalqı Azərbaycan Prezidenti Cənab İlham Əliyevin ətrafında sıx birləşdiyi üçün ölkəmizin müstəqilliyini hədəf alan bütün cəhdlər uğursuzluqla nəticələnəcək.
Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Azərbaycanda sağlam mənəvi mühitin hökm sürdüyünü bildirib. Qeyd edib ki, ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdırma baş verməyib. S.Verdizadə bu siyasətin gələcəkdə də uğurla davam edəcəyinə əminliyini vurğulayıb.
TUMİB üzvü, Bakı Atatürk Liseyinin tarix müəllimi Müşfiq Əlizadə öz çıxışında AXC irsinə ətraflı işıq salıb. M.Əlizadə Azərbaycan xalqının qəhrəmanlıq ənənələri üzərində formalaşdığını deyib. Natqi AXC-nin yaranmasının 100 illiyinini silsilə tədbirlərlə qeyd edilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
 DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev milli-mənəvi və dini dəyərlərimizin qorunması və inkişafı üçün görülən işlər, o cümlədən  milli-mənəvi dəyərlər sistemində yaranan boşluqlardan istifadə edərək yabancı adət-ənənələri də təbliğ etməyə çalışanlara qarşı aparılan mübarizə tədbirlərindən söz açıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info