Tekstil və xəz malları alarkən nələrə diqqət yetirilməlidir?
Tarix: 18.06.2013 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti payız və qış mövsümü ilə əlaqədar istehlakçıların nəzərinə çatdırır ki, tekstil və xəz mallarının alınması zamanı müəyyən məqamlara diqqət yetirsinlər. Dövlət Xidməti istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması və alıcılara kömək məqsədilə analoji malların istehlak xüsusiyyətləri barədə məlumatların çatdırılmasının zəruriliyini nəzərə alıb aşağıdakıları diqqətə çatdırır.
Birinci növbədə satıcı tərəfindən istehlakçıya malın adı, istehlak xüsusiyyətləri, effektiv və zərərsiz istifadə qaydaları, istehsalçı firma, malın standartları və hansı tələblərə cavab verməsi haqqında dolğun məlumat verilməlidir. Bu məlumatda həmçinin istehlakçıya malın zəmanət müddəti, etibarlılıq və istifadə müddəti haqqında məlumat əksini tapmalıdır.
Tekstil və trikotaj malları, xəz məmulatları satışa çıxarılmazdan əvvəl, satışqabağı hazırlıq mərhələsindən keçməlidirlər. Bu mərhələlərə bağlamalardan açılma, növlərə ayırma, mala baxış, görünüşünə görə malın keyfiyyətinin təyini, mal və onun hazırlanması haqda məlumat, əgər ehtiyac olarsa, malın təmizlənməsi, ütülənməsi daxildir.
Təklif olunan mallar satış üçün növ, model, ölçü, boy və s. qruplara bölündükdən sonra satış yerlərində düzülməlidir. Trikotaj, hazır tikili mallar, xəz məmulatları, ayaqqabılar satış zalında ayrı-ayrı yerləşdirilməlidir. Parçalar toxunduğu sapların növlərinə, tərkibinə görə, xəz məmulatları isə xəzin növlərinə görə qruplaşdırılır. Hər bir malın yarlığında, malın adı, qiyməti, ölçüsü, boyu, xəz növü, rəngi olmalıdır. Satışa çıxarılan xəz məmulatları sertifikatlaşdırılmalıdır.
Satıcı alıcıya bu malları geyinmək və ölçüsünü yoxlamaq üçün şərait yaratmalıdır. Bunun üçün satış zalında geyinib-soyunma otağı, oturacaqlar, dayaqlar və güzgülər olmalıdır. Alınan mallar alıcıya qablaşdırılmış vəziyyətdə verilməli və qablaşdırmaya görə alıcıdan pul alınmamalıdır.
Malın yarlığında istehsalçı müəssisənin əmtəə nişanı, istehsalçının adı və ünvanı, malın adı, mal üçün standartın və texniki şərtin qeydi, modelin nömrəsi, ölçüləri, xammalın tərkibi (istifadə olunan), istehsal tarixi və s. öz əksini tapmalıdır. Mal nişanı olan lentin üzərində istehsalçı-müəssisənin əmtəə nişanı, xammalın tarkibi, mala qulluq üçün simvollar və s. olmalıdır. Parçadan tikilmiş malların hər birinə əsas materialın kiçik bir parçası və onun üzərində istifadə olunan hər ölçüdə düymədən bir ədəd olmaqla ehtiyyat düymələri tikilməlidir.
Xəzdən hazırlanmış mallara karton yarlık lent ilə bərkidilir və tekstil lent malın iç sol tərəfinə tikilir və orada mal haqda lazım olan məlumat qeyd olunmaqla markalanır. Xəz məmulatlar xəz hissəsi içəri tərəfə çevrilməklə bükülür.
Dəri ayaqqabılar da geniş yayılmış mallar sırasına daxildir. Ayaqqabılar xüsusi karton qutulara, kağız və polietilen paketlərə yerləşdirilir. Model, lak, velyur, zamş, nabuk, ağ rəngli, açıq rəngli, sintetik dəridən olan bütün ayaqqabılar karton qutulara cüt-cüt yığılır və tayların arasına kağız qoyulur və ya hər tay ayrıca paketə qoyulur. Hər tayın içində plastmas, yumşaq kağız parçası və ya karton parçası yerləşdirilməlidir. Bu ayaqqabının formasının qorunub saxlanılması üçündür. Uzunboğaz çəkmədə isə boğaz hissəyə də karton parçası qoyulmalıdır. Ayaqqabı seçərkən insan sağlamlığı üçün ziyansız olan təbii dəri və gönlərdən hazırlanan və istehsal texnologiyasının ardıcıllığına riayət edilərək hazırlanan ayaqqabılara üstünlük verin.

Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info