İlin sonuna kimi Bakıda daha 2 “ASAN xidmət” mərkəzi açılacaq
Tarix: 18.06.2013 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti başladığı dövrdən indiyə kimi 150 mindən çox insana xidmət göstərilib. Bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
O bildirib ki, hazırda 3 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir ki, bunların 2-si Bakıda, 1-i isə Sumqayıtdadır. İ.Kərimov qeyd edib ki, bu ilin sonuna kimi Bakıda daha 2 mərkəz və Gəncədə yeni xidmət mərkəzi açılacaq. Agentlik sədri vurğulayıb ki, mərkəzlərin açılması ləngiyən bölgələrə xüsusi avadanlıqlarla təchiz olunan avtobuslar göndəriləcək və insanlara xidmət göstəriləcək. Sağlamlıq imkanları məhdud olan insanlar üçün mobil asan xidmətlər də fəaliyyət göstərəcək ki, bunun vasitəsilə mərkəzin məsul şəxsləri konkret ünvanlara gedib vətəndaşlara xidmət edəcəklər: “Vətəndaşlar xidmət alan zaman vaxt qazanmalıdır. Bunun üçün də “ASAN xidmət” mərkəzlərində lazım olan bütün şərait yaradılıb. Şəffaflıq bizim sahədə əsas məsələdir. Burada ən vacibi maliyyə məsələləridir. “ASAN xidmət” mərkəzlərində korrupsiya halları mümkün deyil. Belə hallar aşkarlanarsa o zaman həmin şəxs işdən azad olunaraq, cinayət məsuliyyətinə cəlb ediləcək”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info