Yanvar-may aylarında 667,5 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edilib
Tarix: 16.07.2018 | Saat: 02:57:00 | E-mail | Çapa göndər



Yanvar-may aylarında ölkədən 667,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu, 2017-ci ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 20,1 faiz, real ifadədə isə 8,6 faiz çoxdur.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu müddətdə ötən ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 2,1 faiz, təzə meyvə 51,2 faiz, kartof 33,5 faiz, meyvə və tərəvəz konservləri 22,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu 2,6 dəfə, polietilen 10,1 faiz, emal olunmamış alüminium 15,7 faiz, pambıq lifi 4,0 faiz, qara metallardan borular 12,0 faiz, pambıq ipliyi 10,7 faiz, bentonit gili 8,5 faiz artıb, şəkər 50,5 faiz, tütün 8,9 faiz, meyvə və tərəvəz şirələri 13,2 faiz, çay 19,6 faiz, bitki yağları 15,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 1,6 faiz, qara metallardan yarımfabrikatlar 88,5 faiz azalıb.
Ötən ilin yanvar-may ayları ilə müqayisədə 2018-ci ilin yanvar-may aylarında buğda idxalı 40,8 faiz, bitki yağları 41,1 faiz, təzə meyvə 44,1 faiz, çay 10,9 faiz, qara metallardan borular 92,6 faiz, minik avtomobilləri 2,9 dəfə, polad prokatı 7,6 faiz, mineral gübrələr 2,2 dəfə, mebel 2,1 dəfə, qara metallardan çubuqlar 16,4 faiz, rezin şinlər 4,8 faiz, polietilen 82,0 faiz, paltaryuyan maşınlar 55,6 faiz, məişət kondisionerləri 28,5 faiz, yük avtomobilləri 2,1 dəfə, sement və sement klinkerləri 69,1 faiz, avtobuslar 2,8 faiz, məişət soyuducuları 2,4 dəfə artıb, siqaret idxalı isə 6,1 faiz, kərə yağı, digər süd yağları və pastaları 2,3 faiz, kartof 22,2 faiz, quş əti və onun əlavə məhsulları 5,6 faiz, mal əti 20,2 faiz, xam şəkər və şəkər 82,6 faiz, təzə tərəvəz 47,4 faiz, hesablama maşınları, blok və qurğuları 2,3 faiz, qara metallardan künclüklər 19,6 faiz azalıb.




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
“Azeri Light” neftinin bir barreli 48,73 dollara satılır
27.11.2020
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb
27.11.2020
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır
27.11.2020
“Azərmaş”: İşgüzar nüfuzumuza vurulmuş zərərin aradan qaldırılması məqsədilə hüquq müstəvisində prosedur başlanılıb
27.11.2020
Azərbaycan nefti neçəyə satılır?

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Kinorejissor Rasim Ocaqovun xatirəsi anılıb
2 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
3 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
4 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
5 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info