“Onlar ölkədə iğtişaş yaratmağa, terror törətməyə cəhd ediblər“
Tarix: 16.07.2018 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


“Gəncədə baş verən hadisələr dövlətçiliyə qarşı yönəldilmiş təxribatdır”. Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
E.Məmmədov qeyd edib ki, bu hadisə yaramaz ünsürlərin hansısa mərkəzlərdən öyrədilərək ortaya atılmasıdır:
"Təbii ki, həmin şəxslər layiqli cəzalarını alacaqlar. Burada ümumxalq birliyindən söhbət gedir. Xalq öz birliyini ortaya qoydu. İqtidar-xalq birliyi, səmimi münasibət özünü büruzə verdi. Polisə qarşı zor tətbiq etmək, polisə əl qaldırmaq Azərbaycan qanunlarına və dövlətə əl qaldırmaq deməkdir. Bu, Azərbaycanda sabitliyi pozmaq, insanları itaətsizliyə və terrora çağırmaqdır. Həmin şəxslər ölkədə iğtişaş yaratmağa, terror törətməyə cəhd ediblər".
Millət vəkili hesab edir ki, həmin şəxslərə heç bir güzəşt edilməməlidir, onlar Azərbaycanın qanunları çərçivəsində maksimum cəzalandırılmalıdırlar.
İyulun 13-də Prezident İlham Əliyevin hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasa da toxunan E.Məmmədov bildirib: "Dövlətimizin başçısının da bəyan etdiyi kimi, Azərbaycan dünya miqyasında ən təhlükəsiz ölkələrdən biridir. Belə təxribatların heç bir səmərəsi olmayacaq. Azərbaycan xalqı bundan sonra da rahat, təhlükəsiz şəraitdə yaşayacaq".
Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.
Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Sankt-Peterburq sammiti: İlham Əliyevin şəxsi nüfuzu və səmimi tərəfdaşlığı
13.12.2018
Müxalifətçi qadından müxalifətçilərə irad: “Onların mübarizə yolları ciblərinə qədərdir”
13.12.2018
Rufiz Qonaqov: “Heydər Əliyev xalqı azərbaycançılıq məfkurəsinin ətrafında birləşdirməyə nail oldu”
13.12.2018
İlqar Orucov: “Azərbaycançılıq məfkurəsi ölkədə milli birliyi təmin etdi”
13.12.2018
Prezident Xətai Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info