Gənc heydərçilər yay istirahət düşərgəsinə yola salınıblar
Tarix: 16.07.2018 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


İyulun 16-da gənc heydərçilərin hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinə yola salınması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyi və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan düşərgənin məqsədi gənclərin sağlam ruhda böyüməsinə, idmana marağının artırılmasına və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsinə nail olmaqdır.
Yolasalma mərasimində Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, Səbail rayonunun rəhbərliyi, ictimaiyyətin nümayəndələri, valideynlər və yeniyetmələr iştirak ediblər.
Azərbaycan Respublikasının dövlət himninin ifa olunmasından sonra tədbirdə çıxış edən Müdafiə Nazirliyinin idarə rəisi, general-mayor Rasim Əliyev Prezident İlham Əliyevin yeniyetmə və gənclərin sağlam böyüməsi, gənc nəslin Vətənə məhəbbət, ölkəmizə sədaqət ruhunda tərbiyə olunması məsələlərini diqqət mərkəzində saxladığını vurğulayıb. O, Ali Baş Komandan İlham Əliyevin və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğıdan, eləcə də mənalı və yaddaqalan istirahət üçün görülən işlərdən danışıb, uşaqlara xoş istirahət arzulayıb.
General-mayor Rasim Əliyev qeyd edib ki, düşərgədə yeniyetmələr hərbi hissə, əsgərlərin gündəlik həyatı və məişət şəraiti ilə yaxından tanış olmaq imkanı qazanacaqlar. Bu da yeniyetmələrin hərbi xidmətə daha yaxşı hazırlanmasına, onlarda hərbçi peşəsinə marağın artırılmasına töhfə verəcək.
Bildirilib ki, düşərgəyə rayonun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri, həmçinin Aprel döyüşlərində şəhid olmuş, eləcə də ön xətdə xidmət edən zabitlərin övladları göndərilib.
Qeyd edilib ki, düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq, uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınıb. Müdafiə Nazirliyinin “N” hərbi hissəsində düşərgənin təşkil olunması üçün geniş şərait yaradılıb. Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə idman və ibtidai hərbi hazırlıq müəllimləri, hərbi hissənin zabitləri məşğul olacaqlar.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.10.2018
Səfər Mehdiyev Mingəçevirdə vətəndaşları qəbul edəcək
22.10.2018
İmişlinin Qızılkənd kəndində 624 şagird yerlik yeni məktəb binası inşa olunacaq
22.10.2018
Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
22.10.2018
“Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir”
22.10.2018
Heydər Əliyev Fondunun təşəbbüsü ilə İmişlidə 100 yerlik körpələr evi-uşaq bağçası inşa edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10302

1 Azərbaycanlı gənclər İtaliyada şirkət açıblar
2 Azərbaycanlı hakim Avropanın 10 ən yaxşı hakimi sırasında
3 Əkbər Nəcəf: “Azərbaycan coğrafiyasında dörd Atabəylik mövcud olub”
4 Cəfər Cəfərov: “Dünyada müəllimlərin ən azı iki xarici dildə danışmaq təcrübəsi geniş yayılıb”
5 Yunanıstan və Ukraynadakı diaspor üzvlərinin görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info