Hollandiyanın Yeni Avropa Universitetində Azərbaycan mərkəzi açıla bilər
Tarix: 18.06.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Hollandiyanın Yeni Avropa Universitetinin rektoru prof. Dr. E.Didyen Bakı Slavyan Universitetinin qonağı olub.
Qonaq universitetlə tanışlıq çərçivəsində muzey, müasir standartlarla yenidən qurulmuş kitabxanada olub, xarici ölkələrin BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzlərini gəzib və “Kölgə Kabinetinin” üzvləri ilə görüşüb. Universitetin professor-müəllim heyəti ilə görüşü açan BSU-nun rektoru, AMEA- nın müxbir üzvü professor Kamal Abdullayev qonağı BSU-da qarşılamağa şad olduğunu bildirib: “Ümid edirəm ki, tələbələrimiz, müəllimlərimiz, alimlərimiz arasında əməkdaşlıq ancaq sözdə deyil, real həyatda da özünü göstərəcək. Əminəm ki, imzalayacağımız bu əməkdaşlıq müqaviləsi hər iki tərəf üçün son dərəcə uğurlu olacaq və bundan bizim tələbələrimiz də, müəllimlərimiz də yetərincə faydalanacaq”. Yeni Avropa Universitetinin rektoru dəvətə görə təşəkkür edib. Rəhbərlik etdiyi universitet haqqında ətraflı məlumat verən rektor arzu edənləri Hollandiyada təhsil almağa dəvət edib. BSU-nun təhsil səviyyəsini yüksək qiymətləndirən qonaq burada fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzlərinin də işindən olduqca razı qaldığını vurğulayıb. “Sizin çox dərin mədəniyyətiniz var” deyən qonaq həm də rəhbərlik etdiyi universitetdə Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılması ilə bağlı danışıqlar aparmağa hazır olduğunu da bildirib. Sonra tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info