192 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb
Tarix: 16.07.2018 | Saat: 17:13:00 | E-mail | Çapa göndər


Avqustun 14-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac  keçiriləcək.
 
Komitədən "APA-Economics"ə verilən məlumata görə, budəfəki hərraca 192 dövlət əmlakı çıxarılıb. Bunlardan 19-u səhmdar cəmiyyəti, 97-si kiçik dövlət müəssisə və obyekti, 60-ı qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsidir.
 
Hərracda özəlləşdirilməsi nəzərdə tutulan səhmdar cəmiyyətləri Bakı, Sumqayıt, Salyan, Beyləqan kimi şəhər və rayonlarda yerləşir. Bu səhmdar cəmiyyətlərin 30-45%-lik intervalda səhm paketləri prosesə çıxarılıb.
 
"Azərmetalinvest", Bərdə Kərpic, Kürdəmir Quşçuluq  kimi səhmdar cəmiyyətləri sənaye, təmir-tikinti, aqrar və digər iqtisadi sahələr üzrə fəaliyyət göstərməyə imkan verir. Ümumi faydalı sahəsi 1562 kv.m, torpaq sahəsi ilə birlikdə 450 min manat ilkin qiymət təyin olunan "İstisu" mehmanxanası” Yevlax rayonunda yerləşir. Obyektin özəlləşdirilərək müasir və fərqli formada yenidən qurulması investora turizm xidmətlərində yüksək gəlir qazandırmaqla bərabər, bölgəyə turist axınına şərait yarada biləcək. Tərtər şəhəri, E.Hüseynov küçəsində yerləşən “Tərtər” kinoteatrının ümumi faydalı sahəsi 376 kv.m-dir. Fəaliyyətinin bərpa edilməsi ilkin qiyməti 30 min manat təyin olunan bu əmlakı sakinlərin asudə vaxtlarını keçirməsinə xidmət edən obyektə çevirə bilər.
 
Volkswagen, Chevrolet, BMW, QAZ, Kamaz kimi avtomobil brendlərindən olan, buraxılış ili 1989-2012 intervalındakı maşınlar hərraca çıxarılan dövlət əmlakları arasındadır. Bu nəqliyyat vasitələrinə ən aşağı ilkin qiymət 800 manat, ən yuxarı isə 9 min manat təyin olunub.
 
Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 11 kv.m ilə 376 kv.m, ilkin qiyməti isə 900 manat və 100 min manat aralığındadır. Bu dövlət əmlakları Bakı, Gəncə, Mingəçevir, Şirvan kimi müxtəlif şəhər və rayonlarda yerləşir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info