“Chrome” brauzerinin məhsuldarlığı aşağı düşəcək
Tarix: 16.07.2018 | Saat: 17:17:00 | E-mail | Çapa göndər


Dünyanın ən populyar masaüstü brauzerində başlanğıc ayar kimi istifadə edilən arxitektura tamamilə dəyişdiriləcək. Nəticədə "Chrome" brauzeri əməli yaddaşda daha çox yer tutacaq, lakin sistemi "Spectre" prosessor boşluğundan istifadəyə əsaslanan hücumdan qoruyacaq.
"ICTnews" Elektron Xəbər Xidməti yazır ki, "Intel" və "ARM64" prosessorları, həmçinin "AMD"-nin bəzi məhsullarına təsir göstərən "Meltdown" və "Spectre" boşluqları haqda ilk dəfə 2018-ci il yanvarın 3-də məlum olmuşdu. Aparat səviyyəsində edilmiş səhvlərə görə cari anda qurğuda emal edilən məlumatların oğurlanması mümkündür.
Əməliyyat sistemində boşluğu aradan qaldıran paketlər quraşdırılmadığı halda məlumatları oğurlamaq üçün istifadəçini saxta sayta daxil olmağa vadar etmək və ya normal sayta zərərli kod quraşdırmaq kifayətdir. Bu halda saytın kodu və zərərli "JavaScript" kodu eyni proses kimi işə düşür, nəticədə prosessordakı boşluğa görə parol və başqa məlumatlara baxmaq mümkün olur.
"Chrome" brauzerinin tərtibatçıları məhz bu boşluqla mübarizə aparmağa dair qərar veriblər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Rihanna atasını məhkəməyə verdi
14.01.2019
Qum qasırğası 39 nəfəri xəstəxanalıq edib, yollar bağlanıb
13.01.2019
2500 yaşı olan tapıntı: mayalıların hamamı belə olub
13.01.2019
Dünyanın ən ağıllı ölkələri
13.01.2019
Dünyanın ən uzun təyyarəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info