Binəqədi RİH hesabat verib
Tarix: 16.07.2018 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


İyulun 14-də Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasının akt zalında Binəqədi rayonunun 2018-ci ilin 1-ci yarısının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib. Binəqədi Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, icra başçısı Elxan Allahverdiyev şura iclasını açaraq, iclasın gündəliyini elan edib və giriş nitqi ilə çıxış edib.
Elxan Allahverdiyev öz nitqində 2018-ci ilin 1-ci yarımilində ölkəmizdə makroiqtisadi sabitliyin qorunub saxlanıldığını, hesabat dövründə iqtisadiyyatın davamlı inkişafı nəticəsində qeyri-neft sektorunun 2 faiz, kənd təsərrüfatının 7,6 faiz, xüsusən də bitkiçiliyin 14 faizdən çox artdığını qeyd edib. Başçı eyni zamanda rayonun sosial-iqtisadi, ictimai-siyasi, abadlıq-quruculuq sahəsində də görülən işlərin qənaətbəxş olduğunu qeyd edib və sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsi istiqamətində öz tapşırıqlarını verib.
Sonra hesabat məruzəsi ətrafında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon Su-kanal İdarəsinin rəisi Elnur Əliyev, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi Rayon şöbəsinin müdir müavini Rafiq İsayev çıxış ediblər.
Müzakirələrə Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yekun vurub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
14.12.2018
Azərbaycanlı mütəxəssis beynəlxalq müsabiqənin münsiflər heyətində yer alıb
13.12.2018
“DaimOnline” kampaniyası daha iki universitetdə
13.12.2018
Azərbaycanın 6 ölkədə xarici turizm nümayəndəlikləri fəaliyyətə başlayacaq
13.12.2018
Beynəlxalq Əmək Təşkilatı əmək müfəttişliyi sisteminin gücləndirilməsi məqsədilə təlim kursu keçirib
13.12.2018
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10527

1 “Macarıstandakı Azərbaycan icmasının böyük əksəriyyətini gənclər təşkil edir”
2 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
3 “Xəzər hövzəsi və enerji təhlükəsizliyi” - Rufiz Qonaqov yeni kitabını təqdim etdi
4 Əli Həsənov: “Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...”
5 OPEK-ə üzv ölkələr neft hasilatını azaltmaq barədə razılığa gəliblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info