BANM-in məzunları Karbamid zavodunda işə başlayıblar
Tarix: 16.07.2018 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) builki məzunları karyeralarındakı ilk addımlarını uğurla atırlar. Belə ki, ali məktəbin daha dörd məzunu xüsusi müsahibə əsasında SOCAR-ın Karbamid zavoduna işə qəbul olunub.
BANM-dən bildirilib ki, müsahibədən uğurla keçən dörd məzun – Murad İsmayılov, Heydər Nəcəfov, Məmməd Nəzərov, Elşən Mikayılov işə qəbul olunublar. Məzunların ikisi mühəndis-texnoloq, biri kimyaçı, digəri isə nəzarət ölçü cihazları və avtomatika mühəndisi olaraq zavodun əməkdaşları sırasına qatılıblar.
Zavodun yeni əməkdaşları adını qazanan BANM-in məzunları üçün əvvəlcə təhlükəsizlik və sahə təlimləri keçirilib. Təlimləri uğurla bitirdikdən sonra yeni işçilər karbamid və ammonyak istehsalı sahəsi, köməkçi qurğular sahəsi, istehsalat və keyfiyyətə nəzarət laboratoriyası, təmir və texniki xidmət sahəsində öz vəzifə təlimatlarının icrasına başlayıblar.
Qeyd edək ki, təməli 2011-ci ildə qoyulan Karbamid zavodu ammonyak, maye və dənəvər karbamid istehsalı sahələrindən ibarətdir. İstehsal edilən karbamid məhsulu daxili tələbatı ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.08.2018
Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş tədbir keçirilib
20.08.2018
UNEC nüfuzlu CFA İnstitutunun akkreditasiyasını qazanıb
18.08.2018
Dövlət qulluğuna qəbul üçün növbəti imtahan keçirilir
18.08.2018
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
17.08.2018
Dövlət qulluğuna qəbul üçün növbəti test imtahanı keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Ülviyyə Həsənzadə
İsa Həbibbəyli
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 9908

1 Azərbaycan Xarkov və Odessada ticarət evləri açacaq
2 “İrəvanın Moskvaya olan borclarını Koçaryanla Sarkisyan qaytarmalıdır”
3 “Beynəlxalq Gənclər Günü gənclərin beynəlxalq aləmə inteqrasiyasına təkan vermək məqsədilə qeyd olunur”
4 Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik edib
5 Azərbaycandan keçən tranzit yüklərin həcmi artacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info