Terrorun media ayaqları...
Tarix: 17.07.2018 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Terror aktını hazırlayan qruplar, adətən, medianı hadisələrin mərkəzinə çəkməyə çalışırlar. Bu da ondan irəli gəlir ki, terror hər zaman cəmiyyətdə xof və xaos yaratmaq məqsədilə törədilir. Gerçəkləşdirilən qanlı aktlardan sonra həm icraçılara ictimai dəstək qazandırılması, həm də cəmiyyətin əsas kəsimlərində vahimə yaradılması üçün kütləvi kommunikasiya vasitələrindən istifadə edilir. Bu taktikanın qarşısının alınması üçün media qurumlarının rəhbərlərinin peşəkarlığı ilə yanaşı, rəsmi şəxslərin cəmiyyəti ardıcıl məlumatlandırmaları, lakin bu məlumatlandırma zamanı cəmiyyətin panik vəziyyətə düşməsinin qarşısını almağa diqqət göstərmələri çox mühümdür.
Təqdirəlayiq haldır ki, Gəncədəki məlum terror hadisəsindən dərhal sonra rəsmi instansiyalar cəmiyyəti məlumatlandırmağa çalışdılar. Gəncənin icra başçısına silahlı hücum edilməsindən bir qədər sonra Azərbaycan Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov xüsusi açıqlama verdi. Əli Həsənovun həmin açıqlaması İctimai Əlaqələr kontekstində ilk reaksiya kimi kifayət qədər səriştəli idi, Azərbaycan cəmiyyətini məlumatlandırmaqla yanaşı, terror aktını planlayanların qarşılarına qoyduğu xof və xaos yaratmaq məqsədini alt-üst edirdi. Əli Həsənov, heç şübhəsiz, təcrübəli dövlət yetkilisi kimi bilirdi ki, silahlı və qanlı insidentin təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq. Bu cür araşdırma aparılmadan, konkret dəlillər istintaqa məlum olmadan hadisələri “terror” kimi təqdim etmək həm hüquq, həm də ictimai və milli maraqlar baxımından doğru olmazdı. Təsadüfi deyil ki, gün ərzində güc strukturlarının, xüsusi xidmət orqanlarının müvafiq məlumatları yayımlandı. Növbəti günlər ərzində də yeni məlumatlar verildi, təfərrüatlar açıqlandı. Prezident yanında baş vermiş hadisə ilə bağlı xüsusi müşavirə keçirildi və müşavirənin gedişi cəmiyyətə təqdim olundu. Dünən cəmiyyətə açıqlanan sonuncu məlumatlar isə özündə daha çox təfərrüatı ehtiva etməklə terror aktının tərtibçiləri haqqında geniş detalları əks etdirir. Əgər sırf kütləvi kommunikasiya prinsipləri və texnologiyaları baxımından yanaşsaq, qətiyyətlə deyirəm ki, baş vermiş hadisə haqqında cəmiyyətin belə ardıcıllıqla məlumatlandırılması daha məntiqi və daha doğrudur. Çünki söhbət Azərbaycan dövlətini vətəndaşların gözündə etibarsızlaşdırmağı, ölkədə sabitliyi pozmağı hədəfləyən, zəncirvari həlqələrə malik bir terror aktından və qruplaşmasından gedir. İstənilən cinayət, xüsusən də terror kimi ağır cinayətlərlə bağlı bütün təfərrüatlar dərhal bəlli olmur, bəlli olanda belə istintaq aparıldığı üçün bəzi nüansların açıqlanması məqbul sayılmır. Bunun qarşılığında terrorun media ayaqları həmişə çalışırlar ki, müxtəlif dezinformasiyalar yaymaqla, hakimiyyət orqanlarının hadisələri önləyə bilməməsi və guya ziddiyyətli açıqlamalar vermələri kimi tezisləri gündəmə gətirməklə dövlətlə vətəndaşlar arasında inamsızlıq yaratsınlar. Fəqət buna Azərbaycanda nail ola bilmədilər.

Lakin təəssüf ki, terror hadisəsinə münasibətdə açıqlamaların aktın açılan detallarına uyğun dinamikasını, üzə çıxan nüanslara uyğun şəkildə ardıcıl və operativ şəkildə cəmiyyətə çatdırılmasını rəsmi instansiyaların bir-birindən fərqli informasiya verilməsi kimi anlayanlar, daha dəqiqi, anlatmaq istəyənlər var. Necə təsəvvür edirsiniz, istintaq aparılmadan, təkzibolunmaz sübutlara malik olmadan Gəncədəki terrorun beyin mərkəzində yer alan Tohid İbrahimbəyli ilə bağlı təfərrüatlar əldə edilə və ya açıqlana bilərdimi? Faktlar əldə edilmədən ilkin məlumat açıqlansaydı, onu himayə edən qüvvələrin reaksiyası necə olardı? Azərbaycanda hüququn və hüquq-mühafizə sisteminin imici zərbə altında qalmazdımı?

Nəzərə almalıyıq ki, rəsmi açıqlamalar cəmiyyətin məlumatlandırılmasına xidmət edir, çaşqınlıq və vahimə yaranmasına deyil. Bu isə o deməkdir ki, istintaq davam etdikcə, xüsusi xidmət orqanları yeni məqamlar aşkarladıqca cəmiyyətə əlavə məlumatlar veriləcək və ictimaiyyət daha müfəssəl bilgilərə malik olacaq. Eyni zamanda, bu və ya digər səbəblərdən müəyyən məlumatlar cəmiyyətə, hələlik təqdim edilməyə, məhkəmədə açıqlana bilər. Bir daha təkrar edirəm: söhbət şəxsi zəmində baş vermiş bir cinayətdən deyil, dövlətin sabitliyini təhdid edən, uzun müddət ərzində planlaşdırılmış, indi aydın olduğu qədər, propoqanda tərəfləri də işlənmiş ciddi təxribat faktından gedir. Odur ki, həmkarlarımızın da şərh və təhlillərində bir az diqqətli olmalarında, düşünülmüş ideoloji təxribatın dəstəkçisi kimi çıxış etməməsində yarar var. Əlbəttə, bu dəstəyi düşünülmüş şəkildə vermirlərsə...

Taleh Şahsuvarlı
AzNews.az




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info