Özbəkistanda çap edilmiş Azərbaycan ədəbiyyatı nümunələrinin təqdimatı olub
Tarix: 17.07.2018 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun növbəti elmi şurasında AZƏRTAC-ın Orta Asiya və Pakistan üzrə müxbiri Qulu Kəngərlinin Daşkənddə Azərbaycanın şair və yazıçılarının özbək dilinə tərcümə və çap etdirdiyi kitabların təqdimatı olub. Əvvəlcə tədbir iştirakçıları özbək dilinə tərcümə edilərək çap olunan kitablardan ibarət sərgiyə baxıblar. Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Q.Kəngərlinin Özbəkistanda yaşadığı illərdə Azərbaycanın, o cümlədən ədəbiyyatımızın təbliği istiqamətində böyük işlər gördüyünü deyib. Vurğulanıb ki, ədəbiyyat örnəklərimizin tərcümə edilərək Özbəkistanda yayılması olduqca əhəmiyyətlidir. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına böyük əmək sərf edən Q.Kəngərlinin zəhməti hesabına özbək dilində Azərbaycan ədiblərinin əsərlərindən ibarət 20 kitab işıq üzü görüb. Diqqətə çatdırılıb ki, Q.Kəngərli 1990-cı il 20 Yanvar faciəsindən sonra “Şəhidlər”, ”Şəhidlər-2” bukletlərini hazırlayıb və çap etdirib. Onun 1991-ci ildə Azərbaycan və rus dillərində nəşr edilən “Qara yanvar şəhidləri” kitabı böyük populyarlıq qazanıb. Bundan sonra “Erməni lobbisi: Azərbaycan faciəsi”, “Qanlı şənbəyə gedən yol” kitabları çap olunub. Onun ssenarisi əsasında 1991-ci ildə 20 Yanvar faciəsindən bəhs edən “Bakıda insan ovu” sənədli filmi lentə alınıb. Özbəkistanda yaşadığı ilk günlərdən azərbaycanlıların Orta Asiya və Qazaxıstana sürgün edilməsi ilə əlaqədar materiallar yazan Q.Kəngərlinin ssenarisi ilə Daşkənddə “Sürgün” sənədli filmi ekranlaşdırılıb. Ölkəmizin siyasi, iqtisadi və mədəni həyatı haqqında Orta Asiya ölkələrinin mətbuatında müntəzəm çıxış edən Q.Kəngərli alim və tərcüməçi Babaxan Şəriflə birgə “20-ci əsr Azərbaycan poeziyası antologiyası” və ”Müasir Azərbaycan poeziyası antologiyası”nı çapa hazırlayıb. Tədbirdə Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Ramiz Əskər, professor Məmməd Əliyev, AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamil çıxış edərək Q.Kəngərlinin Azərbaycan ədəbiyyatının təbliği istiqamətində fəaliyyətini yüksək dəyərləndiriblər. Göstərdiyi diqqət və qayğıya görə Ədəbiyyat İnstitutuna minnətdarlığını bildirən Q.Kəngərli vurğulayıb ki, yaxın vaxtlarda Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və digər ədiblərimizin kitabları da özbək dilində çap olunacaq.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info