Sarkisyanın qardaşı oğlu insan oğurluğunda və işgəncə verməkdə ittiham olunur
Tarix: 17.07.2018 | Saat: 13:49:00 | E-mail | Çapa göndər


Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan adam oğurluğunda və insanlara işgəncə verməkdə ittiham olunur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətinin məlumatında bildirilir.
Məlumata görə, insident 2017-ci ilin avqustunda baş verib. Hadisənin qurbanı Yerevanın mərkəzində əcnəbi turistlər üçün gecə klubu açmaq istəyən 49 yaşlı kişi olub.
“2017-ci ilin avqustun ortalarında Narek Sarkisyanın mühafizə rəisi Artyom Poqosyan həmin şəxsi söhbət etməyə çağırıb. Lakin yol kəsişmələrindən birində sahibkar oğurlanıb və güc tətbiq edilməklə Narek Sarkisyana məxsus evə aparılaraq, zirzəmisinə salınıb”, - deyə məlumatda deyilir.
Zirzəmiyə salınan sahibkar döyülüb və işgəncələrə məruz qalıb: “Sarkisyan onu tapança ilə hədələyib, qaz avadanlığı ilə yanıq xəsarətləri yetirib. Daha sonra həmin şəxs Sarkisyana məxsus yük maşınlarının servis mərkəzinə gətirilərək təkrar döyülüb. Klub biznesi ilə məşğul olmayacağını vəd etdikdən sonra sərbəst buraxılıb”.
Baş Cinayət-Axtarış İdarəsində toplanmış materiallar Baş Prokurorluğa göndərilib.
Bundan əvvəl N.Sarkisyan digər cinayət işi çərçivəsində silah və narkotik saxlamaqda və dələduzluqda ittiham edilərək axtarışa verilib.
Qeyd edək ki, Sej Sarkisyanın qardaşı Levon Sarkisyan və qardaşı qızı “qanunsuz varlanma” və gəlirlər bəyannaməsində yalan məlumatlar əks etdirməkdə ittiham olunaraq barələrində axtarış elan edilib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək
13.11.2018
Ermənistanda dəmiryolçular tətil elan ediblər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info