İlahiyyat İnstitutunda “Dindarlıq və vətənpərvərlik” mövzusunda seminar keçirilib
Tarix: 17.07.2018 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


Azərbaycan İlahiyyat İnstitutunda “Dindarlıq və vətənpərvərlik” mövzusunda növbəti seminar keçirilib. Seminarda çxış edən İnstitutun rektoru Ceyhun Məmmədov nitqinə Ulu Öndər Heydər Əliyevin milli vətənpərvərlik haqqında dediyi “Milli vətənpərvərlik prinsipi gərək körpəlikdən başlayaraq hər bir vətəndaşın həyat prinsipi, həyat qanunu, nizamnaməsi olsun” sözləri ilə başlayıb. Daha sonra rektor, müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdış prosesinin sürətləndiyini, bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərinin olduğunu qeyd edib və Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində həyata keçirdiyi tədbirlərdən bəhs edib.
Son illər ölkəmizdə milli-mənəvi dəyərlərimizə dövlət qayğısının daha da artdığını diqqətə çatdıran rektor, Prezident İlham Əliyevin və Birinci vitse – prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir çox ibadət ocaqlarının, ziyarətgahların təmir və bərpa olunduğunu bildirib.
Gəncədə son günlər cərəyan edən hadisələrə toxunan rektor, Azərbaycan ilahiyyatçılarının bu əməlləri qətiyyətlə pislədiklərini, hər bir ölkə vətəndaşının vətənini sevməsinin, onu göz bəbəyi kimi qorumasının önəmini vurğulayıb. Bütün dinlərin öz ardıcıllarını vətəni sevməyə, onu qorumağa çağırdığını, ilahiyyatçı alimlərin dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşdiklərini bildirib.
Daha sonra əsas məruzəçi kimi çıxış edən Gülnarə İnanc, vətənpərvərliyin insanın öz xalqını, vətənini və dövlətini sevmək mənasını ifadə etdiyini, lakin bunun bir xalqın başqalarından üstünlüyünü nəzərdə tutmadığını qeyd edib. O, bu cür düşüncənin artıq ksenofobiya, etnik, dini, milli və dövlət şovinizmi kimi təhlükəli amillər yaratdığını qeyd edib.
Gülnarə İnanc ictimai-siyasi fenomen olma baxımından vəətənpərvərliyin - dövlət vətənpərvərliyi, vətəndaş vətənpərvərliyi, fərdi vətənpərvərlik kimi hissələrə ayrıldığını qeyd edib. Dövlət vətənpərvərliyinin hər bir dövlətin quruculuq və idarəçilik baxımından bütün sahələrini əhatə etdiyini, vətəndaş vətənpərvərliyinin insanların ümumi vətən uğrunda, müəyyən əqidə ətrafında cəm olmasını, dövlətin kim tərəfindən idarə olunmasından asılı olmayaraq, vətənin hər bir ictimai, siyasi, təbii hadisəsində həmrəyliyini ifadə etdiyini vurğulayıb. O, fərdi vətənpərvərliyin isə cəmiyyətin hər hansı bir üzvünün öz bacardığı sahədə ictimai və dövlət dəstəyini gözləmədən öz imkanları ilə fəaliyyət göstərməkdən ibarət olduğunu qeyd edib.
Daha sonra Gülnarə İnanc Azərbaycanda yaşayan xalqların tarixən tenqriçilik, zərdüştilik, yəhudilik xristianlıq və ən son islam dinini qəbul etdiyi üçün, genetik yaddaşda bu dinlərin hamısının iz buraxdığını qeyd edib.
Seminar tədbir iştirakçılarının mövzu ətrafında müzakirəsi ilə davam edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info