Gəncədə gənc sahibkarların forumu keçirilib
Tarix: 18.06.2013 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


“Gənc mühasiblər” və “Gənclər üçün təhsil mərkəzi” ictimai birlikləri gənc sahibkarların vətəndaş cəmiyyəti quruculuğu prosesində daha fəal iştirakını təmin etmək məqsədilə Gəncədə birgünlük gənc sahibkarların forumunu təşkil ediblər.
“Gənc mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva forumu giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışıb. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüsal Quliyev, “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi M.Cəfərov və başqaları çıxış edərək tədbirin gənc sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasında əhəmiyyətindən danışıblar. Qeyd edilib ki, gənc sahibkarlar öz fəaliyyətlərini ölkəmizin sürətli iqtisadi inkişaf tempinə uyğun qurmalı və gələcək inkişaf perspektivlərini müəyyən etməlidirlər. Ümumilikdə 100 nəfərədək gənc sahibkarın iştirak etdiyi forumda bildirilib ki, bu iş adamlarını Azərbaycanda cərəyan edən iqtisadi proseslərə, bu proseslərə təsir edən xarici və daxili amillərə cəlb etmək, onların diqqətini dayanıqlı inkişafa mane olan problemlərə yönəltmək tədbirin əsas məqsədidir. Forumda müzakirə olunan məsələlər ətrafında beynəlxalq səviyyəli ekspertlərlə yanaşı, aidiyyəti qurumlardan, o cümlədən Gənclər və İdman, İqtisadi İnkişaf, Rabitə və İnformasiya Texnologiyaları, Maliyyə, Kənd Təsərrüfatı nazirliklərindən, Prezident yanında Gənclər Fondundan mütəxəssislər müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Bundan əlavə, iştirakçılar qrup daxilində və fərdi şəkildə kiçik və orta sahibkarlığın fəallaşdırılması üzrə müzakirələr və fikir mübadiləsi apardıqdan sonra forumun yekunu olaraq müvafiq qurumlara təqdim edilmək üçün təkliflər zərfi hazırlanıb.
Günay




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info