“Sınıq Körpü“ gömrük postu normal iş rejimində fəaliyyət göstərir
Tarix: 17.07.2018 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Ötən gün sosial şəbəkələrdə Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü" gömrük postunun sərnişin xəttində sərhədkeçmə prosesi zamanı müşahidə olunan sıxlığı əks etdirən videotəsvirlər yayımlanıb.
 
Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən verilən məlumata görə,  yay mövsümü ilə əlaqədar xaricə və eyni zamanda ölkəmizə səyahət edənlərin sayında ciddi artım müşahidə olunur. Xüsusilə iyulun 15-dən etibarən sutka ərzində "Sınıq Körpü" gömrük postunun idxal və ixrac sərnişin xətləri üzrə 12 minə qədər şəxs gömrük nəzarətindən keçib ki, bu da həmin gömrük postunun buraxılış potensialından dəfələrlə çoxdur.
 
Komitədən bildirilib ki, nəticədə günün bəzi saatlarında "Sınıq Körpü" gömrük postunun sərnişin keçid xəttində qısamüddətli sıxlıqlar müşahidə olunub: "Lakin gömrük orqanları tərəfindən dərhal həyata keçirilən tədbirlər nəticəsində sıxlıq aradan qaldırılır və gömrük postu normal iş rejimində fəaliyyət göstərir".
 
Qeyd edək ki, yaranan sıxlıqlar sadəcə sərnişin keçid xətlərində qeydə alınır, yük və minik nəqliyyat vasitələrinin keçidində hər hansı problem müşahidə olunmur.
 
Hazırda "Sınıq Körpü" gömrük postu normal iş rejimində fəaliyyət göstərir, sərnişinlərin və avtomobillərin gömrük nəzarəti prosesində hər hansı problem yoxdur.
Tural




 
Bölməyə aid digər xəbərlər
11.11.2019
Balakəndə meyvə istehsalı 900 tondan çox artıb
11.11.2019
Rusiyanın neft gəlirləri azalıb
10.11.2019
Azərbaycan “Şərq-Qərb” nəqliyyat dəhlizinin kilid parçasına çevrilir
08.11.2019
Azərbaycan nefti bahalaşıb
08.11.2019
Bakının mərkəzində inşa edilən metrostansiyanın açılma vaxtı bilindi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10939

1 Hansı təhsil müəssisələrinin müəllimləri də diaqnostik qiymətləndirməyə cəlb ediləcək?
2 “İslahatlardan sonra bölgələrlə paytaxt arasında fərq qalmayacaq”
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 Prezidentdən Bayraq Günü paylaşımı - Video


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info