Cari ilin birinci yarımilində 37,6 min nəfər işlə təmin edilib
Tarix: 17.07.2018 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2018-ci ilin birinci yarımilində 37613 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3959 nəfər və ya 11,8 faiz çoxdur.
Bu dövrdə Xidmətin xətti ilə 510 nəfər ödənişli əsaslarla ictimai işlərə cəlb olunub. Peşə və ixtisası olmadığına görə iş tapmaqda çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun iş olmadığı üçün peşəsini dəyişməsi zəruri olan 1501 nəfər üçün Xidmət tərəfindən əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilib. 69,2 min nəfər gənc isə əmək bazarının tələblərinə uyğun peşə və ixtisas seçiminə dəstək məqsədilə peşəyönümü tədbirlərinə cəlb olunub.
Dövlət Məşğulluq Xidmətinin əmək birjaları tərəfindən qısamüddətli iş üçün müraciət edən 1410 nəfər müvəqqəti xarakterli işlərə göndərilib.
Hesabat dövründə Xidmət tərəfindən ölkənin 10 rayon və şəhərində əmək yarmarkaları keçirilməklə, 280 müəssisədən 3 minədək vakant iş yeri təqdim edilib. Həmçinin 4 ali təhsil müəssisəsində tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi məqsədilə “Karyerada ilk addım” devizi ilə aktiv tədbirlər təşkil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir
15.11.2018
Fransada keçirilən Forumda Azərbaycanda innovativ iqtisadiyyatın inkişafından danışılıb
15.11.2018
Dünya azərbaycanlılarının vahid mərkəzdən milli maraqlarımıza xidmət göstərməsi bəzi qüvvələrə sərf etmir
15.11.2018
Əli Əhmədov: “Bundan sonra da kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq“
15.11.2018
“Bakutel-2018” sərgisinin ziyarətçiləri lotereya qalibi olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info