Rusiya səfiri: “Rusiya-Azərbaycan münasibətləri yüksəlişdədir”
Tarix: 17.07.2018 | Saat: 19:23:00 | E-mail | Çapa göndər


“Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərinə hazırlıq gedir”.
 
Bunu APA-nın Moskva müxbirinə eksklüziv açıqlamasında Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov deyib.
 
“Heç kəsə sirr deyil ki, biz Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri ərəfəsindəyik. Ona görə də, iki ölkə arasında olan məsələlər aktuallaşmalıdır, tərəflər lazımı sənədləri imzalanmağa hazır vəziyyətə gətirməlidir. Proses gedir. Baxmayaraq k, yay dövrüdür, bizim işimiz gərgindir”, - deyə səfir vurğulayıb.
 
M. Boçarnikov Azərbaycanda diplomat kimi fəaliyyətə başlamasından danışıb: “Mən cəmi bir aydır Azərbaycanda səfir kimi fəaliyyət göstərirəm. Ona görə də, ilk təəssüratlarımı sizinlə bölüşə bilərəm. İlk təəssüratım ondan ibarətdir ki, Rusiya-Azərbaycan münasibətləri yüksəlişdədir. Bu gün biz Rusiya Ticarət-Sənaye Palatasında olduğumuzdan, iki ölkə arasındakı iqtisadi münasibətlərdən danışmaq istərdim. Rusiya və Azərbaycan arasında iqtisadi münasibətlər sürətlə inkişaf edir. İkitərəfli münasibətlərin gündəliyində olan məsələlər çoxdur. Həm biznes səviyyəsində iş adamlarının, həm də hər iki ölkənin İqtisadiyyat nazirliklərinin nümayəndələrinin görüşləri olduqca vacibdir”.
 
Rusiyalı diplomat iki ölkə arasında siyasi münasibətlərə də toxunaraq qeyd edib ki, Rusiya və Azərbaycan arasında siyasi münasibətlər çox yaxşı inkişaf edir: “Hər şey bizim prezidentlərin arasında olan mehriban və şəxsi münasibətlərə söykənir. Belə əhval-ruhiyyə bizim siyasi əlaqələrimizin bütün səviyyələrinə yayılır. Ona görə də mən Rusiya-Azərbaycan münasibətlərinin gələcəyini nikbin görürəm”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info