“Dünya ölkələrinin müasir siyasi sistemləri” kitabı çapdan çıxıb
Tarix: 19.06.2013 | Saat: 00:05:00 | E-mail | Çapa göndər


Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənovun və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Adil Vəliyevin yenicə çapdan çıxmış “Dünya ölkələrinin müasir siyasi sistemləri” kitabı müasir dünya ölkələrinin siyasi sistemlərindən, idarəçilik rejimlərindən, hakimiyyət orqanlarının əsas funksiyaları və fəaliyyət prinsiplərindən, ictimai-siyasi institutlarından bəhs edir.
Kitab oxucunu ən qədim dövrlərdən başlayaraq günümüzə qədər dünyada dövlət idarəçilik sistemlərinin formalaşması və inkişafı, dövlətlərin siyasi quruluşu, idarəçilik rejimlərinin xüsusiyyətləri və s. məsələlərlə tanış edir, dövlətlərin siyasi müstəvidə müqayisəli təhlilini verir. İki hissədən və dörd fəsildən ibarət olan kitabın müəllifləri “siyasi sistem” barədə ümumi anlayışlardan başlayıb, ABŞ, Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Braziliya və bütövlükdə BMT-nin tamhüquqlu üzvü olan 193 dövlətin müxtəlif təbii, coğrafi ərazi və əhali xarakteristikasına, insan inkişafı indeksinə, geosiyasi əlamətlərinə, beynəlxalq münasibətlər sistemində tutduğu yerə və rola görə siyasi sistemlərini hərtərəfli təhlil ediblər. Yeni nəşrdə Azərbaycanın siyasi və idarəetmə sisteminə - dövlət quruluşu, dövlətin tipi, dövlət başçısı, qanunverici, icra və məhkəmə hakimiyyəti, ictimai təşkilatlar və siyasi partiyalar kimi məsələlərə xüsusi yer verilib.
Əli Həsənov və Adil Vəliyev müasir siyasi nəzəriyyələrə əsaslanaraq sosial-siyasi quruluşun əsas meyllərini, onların idarəetmə rejimlərinin strukturunu, tipologiyasını, inkişaf dinamikasını təhlil ediblər.
Kitabda vurğulandığı kimi, dünya ölkələri müxtəlif əlamətlərə-təbii, coğrafi, ərazi, əhali xarakteristikalarına, iqtisadi və texnoloji inkişaf səviyyəsinə, geosiyasi əlamətlərinə, beynəlxalq münasibətlər sistemində yerinə, roluna və s. görə təsnif olunur. Dövlətləri bir-birindən fərqləndirən əlamətlər onların daxili vəziyyəti ilə yanaşı, beynəlxalq münasibətlərinə də təsir göstərir. Müəlliflər vurğulayırlar ki, hazırda bütün bunlarla yanaşı, ölkələri həm də onların siyasi idarəçilik sisteminin xarakterinə görə təsnif edirlər. Müəlliflərə görə, bu kitabın əsas məqsədi dövlətlərin siyasi sistemlərinin açıqlanması ilə məhdudlaşmır, əsas niyyət bu ölkələrin siyasi idarəçilik rejimləri ilə bağlı forma, mexanizm və digər komponentləri izah etmək, onların əhatə dairəsini müəyyənləşdirmək, nəhayət bu sahədə ümumi sistemin funksiya və vəzifələrini göstərməkdir.
Kitabın elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elçin Əhmədov, rəyçiləri isə tarix elmləri doktoru, professor Musa Qasımlı, siyasi elmlər doktoru, dosent Elman Nəsirov və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Nafilə Rəhimovadır.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş və zəngin məlumatları özündə ehtiva edən bu kitab ali məktəblərin politologiya, beynəlxalq münasibətlər və beynəlxalq hüquq ixtisasları üzrə təhsil alan tələbələr, doktorantlar və digər müvafiq ixtisas sahibləri üçün dəyərli əsər və əvəzsiz mənbə olacaq.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info