İtaliya mediası Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən yazıb
Tarix: 18.07.2018 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


İtaliyanın nüfuzlu “L’Opinione” qəzetində “Ermənistan və insan hüquqlarının pozulması” və “Agenzia Nova” xəbər agentliyi tərəfindən “Azərbaycan: vətəndaşlar Əsgərovun və Quliyevin girov götürülməsinin 4-cü ildönümü” adlı məqalələr dərc olunub. Məqalələrin müəllifi İtaliyanın Beynəlxalq İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun (IREPI) prezidenti Domeniko Letiziandır.
Məqalələrdə 2014-cü il iyulun 11-də azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda doğma torpaqlarını və ata-analarının məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülməsindən, onların yanında olan Həsən Həsənovun isə qətlə yetirilməsindən dörd il keçdiyi, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan, Ermənistanın nəzarəti altında olan qondarma rejimin qanunsuz olaraq D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum etdiyi bildirilir. Habelə sözügedən vətəndaşların insan hüquqlarına zidd rəftara məruz qaldıqlarını sübut edən görüntülərin mövcudluğu səbəbindən məsələnin beynəlxalq müstəviyə çıxdığı, o görüntülərin Ermənistan tərəfindən mülki şəxslərin girov götürülməsini qadağan edən və hərbi münaqişələr zamanı mülki şəxslərə münasibətdə humanist davranış tələb edən 1949-cu il Cenevrə Konvensiyası qarşısında götürdüyü öhdəlikləri kobud şəkildə pozduğunu sübut etdiyi vurğulanır. Bu xüsusda Ermənistanın Azərbaycan tərəfinin humanitar hüquq normalarına əməl olunmasına və saxlanılmış mülki şəxslərin tez bir zamanda azad edilməsinə dair çağırışlarına məhəl qoymadığı diqqətə çatdırılır.
Yazılarda Ermənistanın bu addımı qeyri-humanist bir addım kimi qiymətləndirilərək münaqişənin sülh yolu ilə həllinə çətinliklər yaratdığı, Azərbaycan torpaqlarının işğalını möhkəmləndirməyə istiqamətlənmiş məqsədyönlü siyasət yürütdüyü qeyd olunur. Məqalələrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, habelə Xocalı soyqırımı barədə məlumat verilir və beynəlxalq ictimaiyyətin çağırışlarına, beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığı bildirilir.

“Aİ-nin "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünə dair qəti mövqeyi var”
Yeri gəlmişkən, Avropa İttifaqının (Aİ) diplomatik xidməti xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Federika Moqerini Brüsseldə Avropa İttifaqı Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib ki, Aİ-nin "Şərq Tərəfdaşlığı" ölkələrinin ərazi bütövlüyünə dair qəti mövqeyi var. F.Moqerini bildirib: "Bütün nazirlərin təsdiqlədiyi məsələni vuğulamaq üçün mühüm gündür: Avropa İttifaqının bizim şərq tərəfdaş ölkələrimizin ərazi bütövlüyü və suverenliyinə dair konsolidasiya edilmiş qəti mövqeyi var". Nazir qeyd edib ki, Aİ "Şərq Tərəfdaşlığı" çərçivəsində hər altı tərəfdaş ölkə ilə münasibətlərində aşkar irəliləyişi görür: "Biz hər bir ölkə ilə 2020-ci ilədək konkret 20-nin icrası çərçivəsində qəbul olunan qərarların həyata keçirilməsi üçün sıx əməkdaşlıq edirik". Xüsusilə F.Moqerini qeyd edib ki, Aİ və Azərbaycan ötən həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə tərəfdaşlığın prioritetlərini paraflayıb.

“Qarabağda isə bir ölkənin digər ölkəyə qarşı aşkar ifadə olunmuş təcavüzü ilə fərqlənən dövlətlərarası münaqişədən söhbət gedir”
Avropa Azərbaycanlılar Konqresinin prezidenti Sahil Qasımov başda olmaqla bu qurumun idarə heyətinin üzvlərindən ibarət nümayəndə heyəti İspaniyanın Kataloniya muxtariyyətinin rəsmiləri ilə görüşüb. Əvvəlcə İspaniya Müdafiə Nazirliyinin Kataloniyadakı nümayəndəsi, polkovnik Luis Qastuera Novella ilə görüş keçirilib. Tərəflər regional separatizm problemi ilə üzləşmiş iki dövlətin oxşar talelərini vurğulayıblar. S.Qasımov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fərqləndirici xüsusiyyətini qeyd edib və bildirib ki, qonşu dövlət Azərbaycanın suveren ərazisinin bir hissəsini işğal edib. Bu baxımdan, Kataloniya böhranı Madriddəki mərkəzi hökumət ilə separatist Kataloniya arasında tipik dövlətdaxili münaqişədir, Qarabağda isə bir ölkənin (Ermənistanın) digər ölkəyə (Azərbaycana) qarşı aşkar ifadə olunmuş təcavüzü ilə fərqlənən dövlətlərarası münaqişədən söhbət gedir. Təcavüzkar Ermənistan dövləti özünün, guya, bu münaqişədən uzaq olmasını sübut etməyə və işğal olunmuş regiondakı oyuncaq rejimi münaqişə tərəfinin “oyunçusu” kimi irəli verməyə çalışır. Pireney yarımadasında Kataloniya məhz belə oyunçudur. Buna görə də həmin iki münaqişə arasında paralellərlə bərabər, prinsipial fərqlər də mövcuddur. İspaniyanın Kataloniya regionunun hərbi idarəsinin başçısı bu arqument ilə razılaşaraq qeyd edib ki, hər iki halda, dövlətin ərazi bütövlüyü toxunulmaz olmalıdır. Sonra Kataloniya Ali Məhkəməsinin sədri Antonio Rekio Kordova ilə görüş olub. Bu görüşdə də tərəflər beynəlxalq hüquqda ərazi bütövlüyü prinsipinin aliliyini bir daha vurğulayıblar. Kordova başçılıq etdiyi idarənin işi barədə azərbaycanlı qonaqlara məlumat verib və onlar üçün Ali Məhkəmənin tarixi binasına ekskursiya keçirib. Kataloniya Muxtariyyətinin baş prokuroru Fransisko Baneres Santos ilə görüşdə münaqişələrin tənzimlənməsində konstitusiyanın və qanunun aliliyi qeyd edilib. Prokuror bildirib ki, yaxın vaxtlarda erməni mafiyasının üzvlərinin tutulub saxlanması üçün əməliyyat keçirilib. Bir gün ərzində Kataloniyanın erməni mənşəli 142 sakini həbs edilib. Ən müxtəlif, o cümlədən ağır cinayətlər törədilməsində ittiham edilən bu sakinlər İspaniya Femidası qarşısında cavab verəcəklər.
Hər üç görüşdə qonaqlar öz müsahiblərinə xatirə hədiyyələri – coğrafi baxımdan Kataloniyadan uzaq, lakin onunla oxşar taleli Azərbaycanın mədəniyyəti barədə Heydər Əliyev Fondunun nəşrlərini təqdim ediblər.

Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub
Bu arada ermənilər dinc əhaliyə qarşı təxribatlarını davam etdirirlər. Belə ki, Ermənistan silahlı qüvvələri Ağdamın Çıraqlı kəndini atəşə tutub. APA-nın Qarabağ bürosunun xəbərinə görə, kənddə artezian quyusunda təmir işləri aparan rayon Mexaniki Suvarma İdarəsinin işçiləri atəşə məruz qalıblar. Onlar dərhal ərazidən uzaqlaşa biliblər.
Ermənilərin açdığı atəş nəticəsində artezian quyusunun boruları dağılıb. Ağdam Mexaniki Suvarma idarəsinin rəisi Hafiz Əzimzadə APA-nın Qarabağ bürosuna bildirib ki, ermənilər 2 saat idarənin işçilərini atəş altında saxlayıb: “Bu gün təmir briqadası rayonun Çıraqlı ərazisində 735 saylı subartezian quyusunda təmir işləri apararkən ermənilərin atəşinə məruz qalıb.
Atəş nəticəsində xəsarət alan olmasa da, iş prosesi pozuldu, gərginlik oldu. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə müraciət olundu. İki saatdan sonra vəziyyət sakitləşdi və biz təmiri başa vura bildik. İçməli su, həmçinin təsərrüfat suyu ilə bağlı əhalinin problemi həll olundu”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Bako Saakyanın Fransaya və ABŞ-a səfər etməsi ATƏT-in Minsk qrupunun fəaliyyətinə ləkədir”
16.11.2018
Natali Qule: “Fransa çox ehtiyatlı olmalıdır”
15.11.2018
“Antropoloji dəlillər ermənilərə yox deyir”
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada ifşa olunub
13.11.2018
“Ermənistan KTMT-yə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info