Neft Fondunun aktivləri 6,22 faiz artaraq 38 milyard dolları keçib
Tarix: 18.07.2018 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Fondun investisiya portfelinin 69,85 faizi inkişaf etmiş ölkələri əhatə edir

İnvestisiya portfelinin 50,1 faizini dollar, 33,6 faizini isə avro təşkil edir

Cari il iyunun 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 41,94 faizi Avropa, 26,65 faizi Asiya-Sakit Okean, 22,90 faizi Şimali Amerika, 2,29 faizi Avstraliya-Yeni Zelandiya, 0,06 faizi Yaxın Şərq, 0,06 faizi Cənubi Amerika və 6,10 faizi isə beynəlxalq maliyyə qurumları təşkil edib. Bu barədə ARDNF-in 2018-ci ilin ikinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir. Hesabat dövründə Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə 69,85 faizi inkişaf etmiş ölkələr, 24,05 faizi inkişaf etməkdə olan ölkələr və 6,10 faizi isə beynəlxalq maliyyə təşkilatları təşkil edib. Neft Fondunun investisiya portfelinin müxtəlif aktivlər üzrə bölgüsündə 76,4 faizi istiqrazlar və pul bazarı alətləri, 14,1 faizi səhmlər, 6 faizi daşınmaz əmlak və 3,5 faizi isə qızıl təşkil edib. Hesabatda qeyd edilir ki, Neft Fondunun investisiya portfelində 18 milyard 926,2 milyon ABŞ dolları (50,1 faiz), 10 milyard 881,8 milyon avro (33,6 faiz), 1 milyard 394,7 milyon funt-sterlinq (4,8 faiz), 326,3 milyon Avstraliya dolları (0,6 faiz), 1 milyard 513,9 milyon Türkiyə lirəsi (0,9 faiz), 21 milyard 944,9 milyon Rusiya rublu (0,9 faiz), 499 milyard 350 milyon Koreya vonu (1,2 faiz), 3 milyard 304,6 milyon Çin yuanı (1,3 faiz), 64 milyard 893,2 milyon Yaponiya yeni (1,6 faiz), 548,6 milyon digər valyutalar (1,5 faiz), 1 milyard 326,5 milyon (3,5 faiz) isə qızıl (1 060 146 troy unsiyası - 32,97 ton) təşkil edib. Cari ilin birinci rübünün sonuna Neft Fondunun dövlət büdcəsinə transfertləri 79 milyard 916 milyon manat olub. İlin ikinci rübündə isə ARDNF tərəfindən 4 milyard 608 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Bununla da indiyədək Neft Fondunun dövlət büdcəsinə transfertləri 84 milyard 524 milyon manata çatıb. Neft Fondu indiyədək qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 2,2 milyard manat ayırıb. Cari ilin birinci rübünün sonuna Neft Fondu qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həllinə 2 milyard 133 milyon manat sərf edib. İkinci rübdə isə ARDNF tərəfindən qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 84,5 milyon manat yönəldilib. Bununla da Neft Fondunun bu vaxtadək qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə ayırdığı vəsait 2 milyard 217,5 milyon manat təşkil edib. Bu ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 9 milyard 173,7 milyon manat, büdcə xərcləri isə 4 milyard 731,6 milyon manat təşkil edib. Fonddan bildirilib ki, altı ay ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 milyard 665,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 milyard 889,5 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, tranzit gəlirləri 10,5 milyon manat, akrhesabı ödənişlər 0,5 milyon manat olub. Hesabat dövrü ərzində ARDNF-in vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 508 milyon manata bərabər olub. Cari il iyulun 1-nə Neft Fondunun aktivləri 2018-ci ilin əvvəlinə (35 milyard 806,5 milyon ABŞ dolları) nisbətən 6,22 faiz artaraq 38 milyard 36,1 milyon ABŞ dolları təşkil edib ki, aktivlər üzrə bu göstərici ARDNF-in ümumi fəaliyyəti dövrü ərzində ən yüksək hədd olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına baş verib.
Anar




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
“Azeri Light” neftinin bir barreli 48,73 dollara satılır
27.11.2020
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb
27.11.2020
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır
27.11.2020
“Azərmaş”: İşgüzar nüfuzumuza vurulmuş zərərin aradan qaldırılması məqsədilə hüquq müstəvisində prosedur başlanılıb
27.11.2020
Azərbaycan nefti neçəyə satılır?

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
4 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
5 “Ezo gəlin” şorbası necə bişirilir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info