“Prezidentin mətbuata dəstək verməsi artıq ənənəyə çevrilib”
Tarix: 18.07.2018 | Saat: 00:28:00 | E-mail | Çapa göndər


Azərbaycan müstəqillik qazandıqdan sonra dövlətimizin əldə etdiyi ən böyük nailiyyətlərdən biri də müstəqil mətbuatın, azad medianın inkişaf etməsi oldu. Söz və məlumat azadlığı, fikir plüralizmi müasir cəmiyyətlərin demokratik inkişafının əsas parametrlərindən birini təşkil edir. Bu baxımdan, Azərbaycan demokratik dəyərlərə söykənən idarəetmə sisteminin qurulmasını, söz və mətbuat azadlığının təmin edilməsini özünün prioritetlərindən biri elan edib. Azərbaycanda söz və məlumat azadlığının təmin olunması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında intibah dövrü başlandı. Həmin dövrdən etibarən Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Prezident İlham Əliyev Azərbaycanda söz və mətbuat azadlığının inkişafı istiqamətində ulu öndərin başladığı işi bu gün uğurla davam etdirir. Bu yöndə Prezidentin gördüyü mütərəqqi işlərdən biri də jurnalistlərin sosial problemlərinin həlli, onların maddi-məişət vəziyyətinin yaxşılaşdırılması istiqamətində verdiyi fərman və sərəncamlardır. Məhz Prezident İlham Əliyevin fərman və sərəncamlarına uyğun olaraq, qəzetlərin “Azərbaycan” nəşriyyatına borcları dövlət büdcəsi hesabına ödənilib, ölkənin onlarla jurnalisti ali dövlət mükafatları ilə təltif olunub, kütləvi informasiya vasitələrinə maddi yardımlar edilib. Prezident İlham Əliyev 2008-ci il iyul ayının 31-də Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasını imzalayıb. Bu sənəd mətbuat - dövlət münasibətlərinin tənzimlənməsi istiqamətlərini və dövlətin mətbuat siyasətini tam mənada ifadə edən təkmil baza rolunu oynayır. Bu konsepsiyadan irəli gələrək isə 2009-cu il aprel ayının 3-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması haqqında Fərman imzaladı. Ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişafına, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələr bu gün də davam etməkdədir. Bu günlərdə Prezident Azərbaycanda nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında yeni sərəncam imzalayıb. Sərəncama əsasən ölkədə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb. Sərəncam Azərbaycanda nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə imzalanıb. Media nümayəndələri ölkə başçısının bu sərəncamını yüksək qiymətləndirir, Prezidentin mətbuata qayğısı kimi dəyərləndirirlər.

Müşfiq Ələsgərli: “Azərbaycan KİV-lərinə göstərilən dəstək hədər getməyib və Prezidentin bu qayğısı ciddi nəticəsini verib”

Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarları İttifaqının rəhbəri Müşfiq Ələsgərli qəzetimizə bildirdi ki, Azərbaycanda mediaya dövlət dəstəyi və Prezidentin bu sahəyə ciddi şəkildə maddi-mənəvi dəstək göstərməsi artıq bir ənənəyə çevrilib: “Demək olar ki, hər il Prezidentin sərəncamı ilə mediaya maddi dəstək göstərilir. Azərbaycan yeganə ölkələrdəndir ki, burada KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası mövcuddur. Bu konsepsiya əsasında bizim mediaya maliyyə dəstəyi göstərilir. Bundan əlavə, Prezident tərəfindən birdəfəlik yardımlar göstərilir ki, bu da KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi üçün əsas amildir. Buna görə ölkə başçısına öz təşəkkürümüzü bildiririk. Eyni zamanda dövlət başçısının uzun müddət həyata keçirdiyi bu siyasət, KİV-lərə dövlət dəstəyi öz nəticələrini verir. Biz bu nəticələri əyani şəkildə görürük. Son vaxtlar ölkəmizdə və ölkəmizə qarşı baş verən proseslər zamanı medianın tutduğu mövqe göz qarşısındadır. Bizim media təmsilçiləri bu hadisələr vaxtı, istər 2016-cı il Aprel döyüşləri, istər I Avropa oyunları, 2017-ci il İslam həmrəyliyi oyunları dövründə, istər Mingəçevir, istərsə də Gəncə hadisələri vaxtı Azərbaycan mediası çox haqlı olaraq düzgün, peşəkar milli bir mövqe tutdu, ictimaiyyətin və dövlətin yanında oldu. İctimai rəyin düzgün köklənməsində və eyni zamanda ictimai rəydə çaşqınlıq yaranmaması üçün əlindən gələni etdi və bunu peşəkar şəkildə həyata keçirdi. Bu baxımdan, uzun müddətdir ki, Azərbaycan KİV-lərinə göstərilən dəstək hədər getməyib və Prezidentin bu qayğısı ciddi nəticəsini verib. Azərbaycan mediası həm peşəkarlaşıb, həm institutlaşıb, həm də milli dövlət və ictimai maraqlar üzərində daha çox köklənib. Buna görə də hesab etmək olar ki, ölkə başçısının bu sərəncamları haqlıdır, bu siyasəti düzgündür, ümid edək ki, ölkəmizdə inkişaf tempi davam etdikcə mediaya göstərilən qayğı da artacaq, davam edəcək”.

Namiq Əliyev: “Mətbuat göstərilən qayğıya adekvat olaraq milli maraqların keşiyində dayanmalıdır”

“Palitra” qəzetinin baş redaktoru Namiq Əliyev bildirdi ki, ölkə başçısının respublikada nəşr olunan qəzetlərə maliyyə yardımı ayrılması ilə bağlı sərəncamı Azərbaycan dövlətinin və onun Prezidentinin mətbuata göstərdiyi diqqət və qayğının növbəti təzahürü idi: “Bu proses ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründən başlayaraq, bu günədək davam edir və əminik ki, uzunmüddətli xarakter daşıyacaq. Mətbuatda senzuranın ləğvi, qəzetlərin borclarına edilən güzəştlər, yardımlar, yazı müsabiqələri, ən əsası isə jurnalistlərə mənzillərin verilməsi bu sahədə əldə olunan nailiyyətlərdəndir. Mətbuata göstərilən diqqət və qayğı bu sahənin yeni dövrə uyğun formalaşmasına, inkişafına müsbət mənada ciddi təsir göstərir. Əvvəla, xüsusi olaraq vurğulayaq ki, əgər ayrılan bu vəsaitlər, yardımlar olmasa, mətbuatın ayaq üstə durması çox çətin olardı. Bu yardımlardan istifadə edib maddi-texniki bazamızı yeniləyirik, əməkdaşların iş və sosial şəraitini yaxşılaşdırırıq. Təkcə “Palitra” qəzetindən 4 nəfər əməkdaşın mənzil-məişət şəraitinin yaxşılaşdırılması faktı fikrimizi əsaslandırmaq üçün yetərlidir. Mətbuat da, öz növbəsində, göstərilən qayğıya adekvat olaraq Azərbaycan dövlətinin, onun milli təhlükəsizliyinin, milli maraqlarının, maddi və mənəvi dəyərlərinin keşiyində dayanmalıdır. Bu gün Azərbaycanın inkişafını, sabitliyini, asayişini istəməyən müxtəlif daxili və xarici qüvvələr var. Onlar mübarizə meydanının məkanını dəyişiblər, sosial şəbəkələr üzərindən ideoloji və informasiya hücumları edirlər. Mən tam əminəm ki, sosial şəbəkələrdə aranı qarışdırmağa cəhd edən saxta profillərin bəziləri erməni kəşfiyyatına mənsubdur. Belələrinə qarşı mübarizədə mətbuat nümayəndələrinin üzərinə ağır və məsuliyyətli yük düşür. Hadisələrin gedişi göstərir ki, dövlətini və xalqını sevən jurnalistlərimiz bu şərəfli vəzifənin öhdəsindən gələ biləcəklər. Mətbuatın inkişafı üçün qarşıda duran vəzifələrdən biri də bu sahədə daha peşəkar, beynəlxalq səviyyəli kadrların hazırlanmasıdır. Doğrudur, həm xarici ölkələrdə, həm də respublikada müəyyən sayda peşəkar kadrlarımız var, lakin zamanın çağırışlarına cavab vermək üçün bu say kifayət qədər deyil. Ümid edirik ki, dövlətin mətbuata yardımları sayəsində bu istiqamətdə də uğurlar əldə edəcəyik”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info