Ağbulaq Xizək Mərkəzinin təməli atılıb
Tarix: 18.07.2018 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Şahbuz rayonunun Ağbulaq kəndi geniş turizm potensialına malikdir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ağbulaq kəndində Xizək Mərkəzinin təməlatma tədbiri olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin layihəsinə baxıb. Məlumat verilib ki, mərkəzdə ümumi uzunluğu 1500, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları yaradılacaq, süni qaryaratma sistemləri qurulacaq. Mərkəzin əsas infrastrukturu kanat yoludur. Uzunluğu 952 metr olan kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metr olacaq. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılacaq ki, bu da saatda 1000-dən artıq insana xidmət etməyə imkan verəcək. Əyləncə və uşaq parklarında, eləcə də başlanğıc sahədə 231 metrlik konveyr xətləri yaradılacaq. Mərkəzin lazım olan qar örtüyünü təmin etmək üçün 26 sabit və 2 hərəkətli süni qaryaratma sistemi qurulacaqdır. Həmçinin ərazidə turistlərin istirahəti üçün də şərait yaradılacaq, xidmət sahələri istifadəyə veriləcək. Tikinti işləri dağ-xizək mərkəzlərinin yaradılması sahəsində böyük iş təcrübəsi olan Fransanın “MND” şirkətinin layihəsi əsasında həyata keçiriləcək. Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Fransanın “MND” şirkətinin mühəndisi Xavier Goya beton qarışığını bünövrəyə tökərək mərkəzin təməlini qoyublar. Ali Məclisin Sədri tikinti işləri aparılarkən keyfiyyət amilinin əsas götürülməsi və mühəndis-texniki tələblərə əməl edilməsi, təbiətə ziyan vurulmaması və yaşıllıqların qorunması barədə tapşırıqlar verib. Həmin gün Ali Məclisin Sədri Ağbulaq kəndində turizmin inkişafı sahəsində həyata keçirilən digər tədbirlərlə də maraqlanıb. Qeyd olunub ki, muxtar respublikanın kənd turizminin tətbiq olunduğu ilk yaşayış məntəqəsi olan Ağbulaqda bu məqsədlə kompleks işlər görülür. Bu ildən etibarən kənddəki bütün evlərin dam örtüyü dəyişdirilir, fasadlar yenilənir, yararsız tikililər sökülür, həyətlərdə abadlıq işləri aparılır və çəpərlənir, lazımi kommunal-məişət şəraiti yaradılır. Yaşayış məntəqəsindən kənarda isə yeni təsərrüfat binaları tikilir. Həyata keçirilən tədbirlər, zəngin təbii turizm ehtiyatları və müasir sosial infrastruktur Ağbulaqda kənd turizminə üstünlük verənlər üçün ideal şərait yaradır. Ali Məclisin Sədri abadlaşan kənd evlərində olub, sakinlərlə görüşüb.




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info