6 ayda 82,9 min nəfərə yeni fərdi şəxsi hesab açılıb
Tarix: 18.07.2018 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3 649 637 nəfərə çatıb

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 82892 nəfərə fərdi şəxsi hesab açılıb.
Həmin şəxslərin hər birinə uçota alındıqlarını və onlar üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilərək təqdim olunub.
Fərdi şəxsi hesablarda sığortaolunanların gələcək pensiya təminatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar və ödənilən sosial sığorta haqları hesabına pensiya kapitalı toplanır. Hər bir sığortaolunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti vasitəsilə real vaxt rejimində fərdi şəxsi hesablarında yığılmış pensiya kapitalı barədə məlumat əldə edə bilər.
01 iyul 2018-ci il tarixə Fondun fərdi uçot sistemində qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 152 959 nəfər və ya 4,4 faiz artaraq 3 649 637 nəfərə çatıb. 


Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Külək və günəş stansiyaları üçün ərazilər müəyyənləşdirilib
16.01.2019
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
16.01.2019
Bakıda “Üçbucaq ölkələr” sərgisi keçiriləcək
16.01.2019
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
16.01.2019
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info