9 rayona xidmət göstərəcək perinatal mərkəz
Tarix: 19.06.2013 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Şəki Mərkəzi Rayon Xəstəxanasının nəzdindəki doğum evinin bazasında yaradılmış Regional Perinatal Mərkəzin açılışı olub. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, mərkəzin açılış mərasimində nazir Oqtay Şirəliyev, şəhər rəhbərliyi, mərkəzin həkim və orta tibb işçiləri iştirak ediblər. Mərkəz Prezidentin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “Ana və uşaqların sağlamlıqlarının qorunmasına dair tədbirlər Proqramı”na uyğun olaraq təşkil olunub. 1985-ci ildən fəaliyyət göstərən bu binada 2011-ci ildən əsaslı təmir işlərinə başlanıb. Dünya standartlarının tələblərinə cavab verən ən müasir tibb avadanlığı ilə təchiz edilmiş mərkəzdə hamiləliyin patologiyası, anesteziologiya və reanimasiya, yeni doğulmuşların intensiv terapiyası, məsləhət və digər şöbələr fəaliyyət göstərir. Mərkəzdə çalışan mama-ginekoloq, həkim və orta tibb işçiləri Türkiyənin qabaqcıl xəstəxanalarında ixtisaslarını artırmış mütəxəssislərdir. Mərkəz 9 rayonun əhalisinə xidmət göstərəcək. Mərkəzin binası ilə yaxından tanış olan nazir O.Şirəliyev kollektivə tapşırıq və tövsiyələrini verib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq
19.11.2018
Şahin Mustafayev: Azərbaycan Çinlə daha sıx ticarət əlaqələri qurmaq niyyətindədir
19.11.2018
Elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması işlər başa çatmaq üzrədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info