Tbilisidə “Cənubi Qafqaz regionunda media azadlığı“ adlı konfrans keçirilir
Tarix: 18.07.2018 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Tbilisidə ATƏT-in Media Azadlıqları Ofisinin təşkilatçılığı və Almaniya hökumətinin maliyyə dəstəyi ilə "Cənubi Qafqaz regionunda media azadlığı" adlı beynəlxalq konfrans keçirilir.
Iki gün davam edəcək konfransda əsasən media azadlığının əsas prinsipləri, bu sahədə qarşıda duran əsas vəzifələr, jurnalistlərin təhlükəsizliyi, jurnalist etikası, cəmiyyətə dəqiq, qərəzsiz və dolğun informasiyaların çatdırılmasında jurnalistlərin üzərinə düşən vəzifələr və s. məsələlər müzakirə olunacaq.
Bundan başqa, konfransda mətbuat azadlığından sui-istifadə halları, media azadlığı pərdəsi arxasında ATƏT-ə üzv dövlətlərə, o cümlədən Azərbaycana qarşı qərəzli kampaniyaların aparılması məsələləri diqqət mərkəzində olacaq.
Konfransda Azərbaycan, Gürcüstan, Ermənistan və digər ölkələrin dövlət və hökumət rəsmiləri, deputatlar, media nümayəndələri iştirak edirlər.
Tədbirdə iştirak edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Azərbaycan mediasını media sənayesi adlandırmaq olar və bu sənaye yalnız Cənubi Qafqazda deyil, regiondan kənarda da strateji resursa çevrilib. O bildirib ki, Azərbaycanda 5 mindən artıq media resursu fəaliyyət göstərir və bu sahədə minlərlə insan çalışır: "Azərbaycanda media azadlığı tam təmin olunub və medianın inkişafı, azad və sərbəst fəaliyyət göstərməsi üçün bütün zəruri tədbirlər həyata keçirilir".
 
H. Hacıyev qeyd edib ki, Tbilisidə keçirilən konfrans Azərbaycanın media sahəsində əldə etdiyi qabaqcıl təcrübəni bölüşmək baxımından əlverişli fürsətdir.

Fuad
 




 
Bölməyə aid digər xəbərlər
28.11.2020
“Azeri Light” neftinin bir barreli 48,73 dollara satılır
27.11.2020
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb
27.11.2020
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır
27.11.2020
“Azərmaş”: İşgüzar nüfuzumuza vurulmuş zərərin aradan qaldırılması məqsədilə hüquq müstəvisində prosedur başlanılıb
27.11.2020
Azərbaycan nefti neçəyə satılır?

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Bu il xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
4 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
5 “Ezo gəlin” şorbası necə bişirilir?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info