Stepan Petrosyan: “Ermənistanda hərbi sənaye sahəsində heç bir iş görülmür“
Tarix: 18.07.2018 | Saat: 19:53:00 | E-mail | Çapa göndər


«News.am»: ”Azərbaycan isə hərbi sənayenin inkişafına kifayət qədər vəsait ayırır”

«Ermənistanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması lazımdır». Bunu «News.am» saytının əməkdaşına fizika-riyaziyyat elmləri doktoru, erməni alim kimi təqdim edilən Stepan Petrosyan bildirib. O, acı bir etirafla Ermənistanda bu sahə üzrə yaradılan komissiyanı «yararsız» kimi dəyərləndirir.
Erməni ekspertin fikrincə, Sovetlər İttifaqı dağılandan sonra Ermənistan hərbi-sənaye sahəsində sənaye zəncirini tamamilə itirdi: «Sovet dövründə elm və istehsalat birlikləri, xüsusi dizayn büroları, pilot istehsal, laboratoriya modeli kütləvi istehsala dəstək verirdi. Bu gün Ermənistanda bunların heç biri yoxdur. Dərin bir sistem yanaşması olmadan müdafiə sənayesini inkişaf etdirmək mümkün deyil. Lakin bütün bunlara baxmayaraq, biz bu gün də təcrübələr keçirməkdə davam edirik. Bir müdədt əvvəl Müdafiə Sənayesi Nazirliyinin yerinə, Müdafiə Sənayesi üzrə Dövlət Komitəsi, daha sonra isə onun yerinə Müdafiə Nazirliyinin Hərbi Sənaye Komitəsi yaratdıq. Belə təcrübələr bu gün də davam etməkdədir». Erməni alim hərbi-sənaye kompleksinin sabit inkişafı üçün fizika, kimya, biologiya, materialşünaslıq, elektronika və s. kimi elm sahələrini durğunluq vəziyyətindən çıxarmağın vacibliyini bildirir. Son 2-3 il ərzində Ermənistandakı Elm Komitəsinin ölkənin hərbi-sənaye sahəsinə diqqət yetirməyə cəhd etməyə başladığını bildirən Petrosyan, bunun yetərincə olmadığını, yəni qrumun bu sahənin sürətli inkişafını təmin etmək iqtidarında olmadığını bildirib.
Ordunun ehtiyacları üçün sifarişlər hazırlamaq sahəsində respublika təşkilatları arasında xüsusi müsabiqə keçirməyin vacibliyi barədə danışan erməni alim təqdim edilən on sifarişdən heç olmasa iki və ya üçünün uğurul ola biləcəyini istisna etmir. Petrosyan təəssüflə də olsa, «həqiqi siyasi qaydalara və hərbi sənaye kompleksinin inkişafı üçün məsul olanlara hələ də malik» olmadıqlarını etiraf edir: «Bir zamanlar A. Baqdasaryanın rəhbərliyi altında Təhlükəsizlik Şurası bu məsələ ilə məşğul olmağa başlamışdı. Hətta bu məsələ ilə bağlı yaradılan komissiyada müxtəlif sahələrdə ixtisaslaşmış şuralar da yaradılmışdı. İndi sual doğur: hanı bu komissiya, bu müddət ərzində onlar nə iş görüblər? Heç bir iş görməyiblər… Lakin maraqlısı budur ki, bu gün Ermənistanda bu sualları ünvanlamağa hər hansı bir məsul şəxs belə, yoxdur».

Stepan Petrosyan: «Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi artıq neçə müddətdir ki, fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan hərbi sənayenin inkişafına xüsusi diqqət yetirir, bunun üçün kifayət qədər vəsait ayırır. Bundan başqa, bu ölkədə silah və hərbi məhsul istehsalı üçün birgə müəssisələr yaradılıb. Təbii ki, burada istehsal edilən hərbi məhsullar, ilk növbədə bizə qarşı istifadə edilmək üçün hazırlanır. Biz bunu unutmamalıyıq».


Ermənistanda hərbi sənayenin inkişafına mənfi təsir edən amillər arasında 20 faizlik ƏDV-yə də diqqət yetirən Petrosyan «yerli istehsalçıların, öz məhsullarını Ermənistana idxal edən xarici şirkətlərə nisbətən az qazandığını» bildirir: «Ermənistanda yerli istehsalçılara yüksək ƏDV tətbiq edilir ki, bu da hərbi sənayenin inkişafı üçün ciddi bir maneədir».
Maraqlıdır ki, Ermənistanın hərb səneyesini mövcud boşluqdan xilas etməyin yeganə yolunu erməni alim ölkədə Müdafiə Sənayesi Nazirliyinin yaradılmasında görür və hətta o, bu sahəyə sərf oluna biləcək vəsaitin yolunu da göstərir: ölkədəki mövcud nazirlikləri birləşdirmək və ya azaltmaq hesabına: «Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi artıq neçə müddətdir ki, fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycan hərbi sənayenin inkişafına xüsusi diqqət yetirir, bunun üçün kifayət qədər vəsait ayırır. Bundan başqa, bu ölkədə silah və hərbi məhsul istehsalı üçün birgə müəssisələr yaradılıb. Təbii ki, burada istehsal edilən hərbi məhsullar, ilk növbədə bizə qarşı istifadə edilmək üçün hazırlanır. Biz bunu unutmamalıyıq».
Qeyd edək ki, erməni alimin təəssüflə müşahidə olunan son fikirləri Ermənistan hərbiyyəsinin Azərbaycanın hərbi sənayesinin qarşısındakı acizliyinin etirafı kimi başa düşülməlidir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info