“Xainlər cəzasını alacaq“
Tarix: 18.07.2018 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Bakı Yunus Emre İnstitutu və İLESAM Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə 15 iyul hərbi çevriliş cəhdinə həsr olunan "Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq" adlı tədbir keçirilib.
 
APA-nın xəbərinə görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkili Hikmət Babaoğlu, media nümayəndələri və digər şəxslər iştirak edib. 
 
Əvvəlcə 15 iyul hadisələrinə dair film nümayiş olunub. 
 
Tədbirdə  çıxış edən Türkiyə  səfiri Erkan Özoral bildirib ki, türk milləti vətəni üçün canından keçməkdən heç vaxt çəkinməyəcək: “Bu hadisəni törədənlər gücünü xaricdən alan satılmış xainlərdir. Bu xainlər əməllərinin cəzasını alacaqlar".
 
H. Babaoğlu çıxışında deyib ki, 15 iyul tarixində Türkiyə Cümhuriyyəti yenidən doğulmuş sayılır: “FETÖ terrorizmi erməni terrorizmi qədər qəddardır. Bəs, bu terrorun arxasında kim dayanır? Bu, heç də erməninin, FETÖ-nun ağlı deyil. Bunun arxasında  qlobal imperializm durur. Nəyin baş verdiyini dərk etməsək, səbəblərini ortaya çıxartmasaq, bənzər hadisələrlə  yenidən üz-üzə gələ bilərik”. 
 
İLESAM Azərbaycan nümayəndəliyinin rəhbəri Mehmet Nuri də çıxışında qeyd edib ki, türk milləti bir olarsa, bu cür hadisələr bir də yaşanmaz. 




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır
20.02.2019
BŞİH Milli Şuranın 23 fevral mitinqinə icazə verməyib
20.02.2019
Zərif çiyinlərdə “ağır YÜK” -1-ci vitse-prezident Mehriban xanım Əliyevanın vəzifəsinin iki illiyinin tamamına

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info