Azərbaycan və Koreya hökumətləri arasında saziş imzalanıb
Tarix: 19.06.2013 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Koreyanın İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondu müxtəlif layihələrin həyata keçirilməsi üçün Azərbaycana kreditlər ayıracaq.
Maliyyə Nazirliyindən verilən məlumata görə, bu gün Azərbaycan Respublikası hökuməti və Koreya Respublikası hökuməti arasında Saziş imzalanıb.
Azərbaycanın maliyyə naziri Samir Şərifov və Koreyanın Azərbaycandakı səfiri Çoy Suk tərəfindən imzalanan saziş Azərbaycan Respublikasının iqtisadi inkişafına dəstək vermək və ölkələr arasında iqtisadi əməkdaşlığı təşviq etməyi, habelə gələcəkdə Koreya Respublikası Hökumətinin razılaşdırılmış layihələrin həyata keçirilməsi üçün İqtisadi İnkişaf üzrə Əməkdaşlıq Fondundan Azərbaycan Respublikası Hökumətinə kreditlər verməsini nəzərdə tutur. Eyni zamanda, razılaşma iki ölkə arasında bu sahədəki əməkdaşlığının ümumi çərçivəsini müəyyən edir.
İmzalanma mərasimində Azərbaycanla Koreya arasında ikitərəfli münasibətlərin bir çox sahələri əhatə etdiyi vurğulanıb, ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə geniş əməkdaşlıq əlaqələrinin önəmi qeyd olunub.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info