Peşə təhsilində yeni modellərdən istifadə ediləcək
Tarix: 19.06.2013 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Azərbaycan peşə təhsili sistemində Almaniya, Türkiyə və Cənubi Koreya modellərindən istifadə etməyə çalışır və bu ölkələrin təcrübələrini öyrənərək, ölkədə tətbiqi imkanlarını araşdırır.

Təhsil Nazirliyindən verilən xəbərə görə, inkişaf etmiş ölkələrin əksəriyyətində peşə təhsili sisteminin inkişafı ölkənin əsas prioritet istiqamətlərindən biridir. Belə ki, əmək bazarının ixtisaslı işçi qüvvəsi ilə təmin edilməsi ölkənin rəqabət qabiliyyətliliyinin artırılmasına və əhalinin gəlir səviyyəsinin yüksəldilməsinə xidmət edir. Avropanın bir çox ölkəsində, məsələn, Almaniya, Avstriya, Norveç, İsveç, İsveçrə, Finlandiya, Fransa, İngiltərə və digərlərində peşə təhsili sistemi çox inkişaf edib. Bundan əlavə, Cənubi Koreya, Yaponiya, Avstraliya, Türkiyə, Sinqapur və s. kimi ölkələrin peşə təhsili sistemi də öz səviyyəsinə görə fərqlənir. Nazirlikdən peşə təhsili sahəsində Türkiyədən hansı təcrübələr öyrəniləcəyi və nə zaman tətbiq olunacağı ilə bağlı məsələyə də aydınlıq gətirilib: “Türkiyədə keçən əsrin 90-cı illərindən başlayaraq peşə təhsili sistemində köklü islahatlar həyata keçirilib. İslahata hökumət, yerli işəgötürən təşkilatlar, assosiasiyalar, yerli idarəetmə qurumları ilə yanaşı, beynəlxalq təşkilatlar tərəfindən də böyük dəstək verilib. Nəticədə, Türkiyədə fəaliyyət göstərən peşə təhsili müəssisələri əmək bazarı iştirakçıları ilə sıx əlaqədə işləyərək kompetensiyaya əsaslanan peşə təhsili sisteminin yaranmasına nail olublar. Türkiyə ilə təhsil alanların biliyinin qiymətləndirilməsi mexanizmi, sosial partnyorla iş sisteminin qurulması, qanunvericilik bazasının yaradılması və s. istiqamətlərdə təcrübə mübadiləsinin aparılmasını zəruri hesab edirik. Hər il ilk peşə-ixtisas təhsili müəssisələrinə 16-17 min dövlət sifarişi ilə kadrların hazırlanması həyata keçirilir. Əgər 4-5 il öncə ilk peşə-ixtisas təhsili müəssisələrinə ödənişli əsaslarla müraciət edənlərin sayı çox az idisə, hazırda hər il təxminən 1500-2000 nəfər ödənişli əsaslarla peşə təhsili almaq üçün müraciət edir. İstər ödənişli, istərsə də dövlət vəsaiti hesabına təşkil edilən təlimlərdə keyfiyyət fərqi qoyulmur. Təhsil prosesinə qoyulan tələblər hər bir təhsil alan üçün eynidir. Yeni yaradılan peşə seçiminə dəstək sistemi portalı isə peşə təhsili sistemi haqqında məlumatların geniş yayılmasına, peşə təhsili müəssisələrinə müraciət prosesinin elektron şəkildə həyata keçirilməsinə, məzunların iş tapmaq imkanlarının genişləndirilməsinə şərait yaradacaq”.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info