Saxta sənədlərlə dövlət sərhədini keçmək istədilər
Tarix: 19.07.2018 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


Son günlər 8 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycanın dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.
 
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, iyulun 11-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Küveyt-Bakı reysi ilə gələn 1963-cü il təvəllüdlü Dominikan vətəndaşı Mubarak Hassan Mohsen Saadın təqdim etdiyi pasportda saxtalaşdırma əlamətləri aşkarlanıb, laboratoriya şəraitində dərinləşdirilmiş yoxlamadan sonra sənədin məlumat səhifəsinin dəyişdirilməsi yolu ilə saxtalaşdırılması təsdiq olunub.
 
14 iyul tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda İstanbul-Bakı reysi ilə gələn 1988-ci il təvəllüdlü İran İslam Respublikası vətəndaşı Mehrpour Daryoush Jabrael oğlunun təqdim etdiyi pasportda Fransaya məxsus Şengen vizasının saxta olmasına şübhə yaranıb və dərinləşdirilmiş yoxlama zamanı vizanın həqiqətən də saxtalaşdırılması təsdiqini tapıb.
 
Elə həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Moskva-Bakı reysi ilə gələn 1990-cı il təvəllüdlü Özbəkistan vətəndaşı İsmoilova Makhliyo Eson qızının, 16 iyul tarixində Moskva-Bakı reysi ilə gələn 1982-ci il təvəllüdlü Özbəkistan vətəndaşı Saparov Lachin Kurbanoviçin, 1989-cu il təvəllüdlü Özbəkistan vətəndaşı Karimov Ataybek Mirzaibrahimoviçin və 1998-ci il təvəllüdlü Ukrayna vətəndaşı Nasikovcka Snizhana Aleksandrovnanın pasportları şübhə doğurub, laborator müayinə nəticəsində pasportların saxtalaşdırlması müəyyən olunub.
 
İyulun 17-də Gəncə Beynəlxalq Hava Limanında Gəncə-İstanbul reysi ilə uçmaq istəyən 1993-cü il təvəllüdlü Pakistan İslam Respublikası vətəndaşları Bashir Usman Ahmad Bashirin və 1995-ci il təvəllüdlü Yasin Muhammad İlyasın təqdim etdikləri İspaniyada yaşayış hüququ verən kartlar şübhə doğurub və laborator yoxlama nəticəsində saxtalaşdırılması təsdiqini tapıb.
 
Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər həyata keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info